Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

14:41 15-10-2021 | icon 795 | Siyasət
Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Könül İsmayılova: “İlham Əliyevin nüfuz və siyasi iradəsi dünya dövlətləri tərəfindən rəğbətlə qarşılanır”

 

Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı öz işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev tədbirin rəsmi açılış hissəsinə sədrlik edib.

 

Azərbaycan Prezidenti İlham Əliyevin Qoşilmama Hərəkatındakı çıxışını Versus.Az-a şərh edən Müasir Müsavat Partiyasının (MMP) sədr müavini Könül İsmayılova bildirib ki, ölkə başçısının tədbirin rəsmi açılış hissəsinə sədrlik etməsinin özü Azərbaycanın dünyaya təkrar-təkrar təqdim edilməsidir.

 

Könül İsmayılova vurğulayıb ki, ölkə başçısı çıxışı zamanı növbəti dəfə Qarabağ həqiqətlərini bu cür mötəbər tribunadan beynəlxalq ictimaiyyətə çatdırıb. Xanım siyasətçinin sözlərinə görə, İlham Əliyev həmçinin münaqişənin keçmişdə qaldığını bu platformadan elan etməklə önəmli mesaj verib:

 

“Qeyd edim ki, Azərbaycan sözügedən təşkilata sədrliyi dövründə görülən işlər və ortaya qoyduğu iradə ilə beynəlxalq miqyasda öz nüfuzunu gücləndirib. Təşkilata sədrliyi ilə Azərbaycan eyni zamanda COVİD-19 pandemiyasına qarşı mübarizədə qlobal miqyasda rol oynamağa müvəffəq olub. Dünyada tüğyan edən pandemiya şəraitində, pandemiyanın dünya üçün misli görünməmiş fəsadları qarşısında bir çox ölkələrin qlobal aləmdən təcrid olunmaq yolunu tutduğu, özünə qapandığı dövrdə Azərbaycan dövləti öhdəsinə götürdüyü liderlik rolunu uğurla yerinə yetirərək pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən biri kimi ön plana çıxıb”.

 

MMP sədr müavini Azərbaycanın təşkilata sədrliyi dövründə irəli sürülən əhəmiyyətli təşəbbüslər sırasında Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını önə çəkib. Bildirib ki, pandemiyaya son qoyulması üçün dünya ictimaiyyətinin əlində olan ən güclü alət hesab olunan peyvənd məsələsi qlobal miqyasda bir sıra problemləri də üzə çıxardı:

 

“İnkişaf etmiş ölkələrlə digər ölkələr arasında peyvənd uğrunda gedən mübarizə və getdikcə dərinləşən qeyri-bərabərliyə İlham Əliyevin şəxsində Azərbaycan da səssiz qalmayıb, Qoşulmama Hərəkatının sədri olaraq “peyvənd millətçiliyi” ilə gərgin mübarizə aparıb”.

 

Xanım siyasətçi bildirdi ki, Təşkilata sədrlik həmçinin Azərbaycana təcavüzkar Ermənistana qarşı mübarizədə güclü dəstək qazandırıb:

 

“Təşkilatın sənədlərində keçmiş münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə olunub. Sözügedən dəstək yalnız sənədlərdə qalmayıb, 44 günlük müharibə zamanı da daha dərindən hiss edilib. Qeyd edim ki, BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə təşkilatın və eyni zamanda, Təhlükəsizlik Şurasının üzvü olan ölkələr Azərbaycana dəstək vermək məqsədilə təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar”.

 

K.İsmayılova vurğuladı ki, Qoşulmama Hərəkatına üzv dövlətlər eyni zamanda bununla Azərbaycan liderinin tutduğu mövqeyə dəstək nümayiş etdirib, onun qazandığı böyük nüfuzu bir daha qiymətləndiriblər. Onun sözlərinə görə, sədrlik müddətinin uzadılması ilə bağlı üzv dövlətlərin müraciəti isə İ.Əliyevin nüfuz və siyasi iradəsinin dünya dövlətləri tərəfindən rəğbətlə qarşılanması anlamına gəlir.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol