"Bəzən həkimlər haqqında yalan məlumatlar çıxır"
Rəşad Mahmudov: “Məhkəmə qərarı olmadan səhiyyə işçilərinin adları mətbuatda çəkilməsin”
Milli Məclisin iclasında deputat Rəşad Mahmudov səhiyyə işçilərinin işgüzar nüfuzunun qorunmasının vacibliyini bildirib.
Versus.Az xəbər veriri ki, R.Mahmudov səhiyyə işçilərinin işgüzar nüfuzuna zərər vurulması ilə bağlı cinayət məsuliyyətinin nəzərdə tutulmasını təklif edib.
“Mətbuatda bəzən həkimlər haqqında yalan məlumatlar çıxır. Əgər bir məsələ varsa, o, araşdırılmalıdır. Məhkəmə qərarı olmadan səhiyyə işçilərinin adlarının çəkilərək mətbuatda işıqlandırılmasının qarşısı alınsın”, - deyə R.Mahmudov əlavə edib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"