Atasının istəyi ilə anasını YANDIRDI

15:24 15-10-2021 | icon 500 | Hadisə
Atasının istəyi ilə anasını YANDIRDI

Bakıda oğlan anasını yandırıb. Hadisə Bakının Xəzər rayonunda qeydə alınıb.

 

Versus.Az xəbər verir ki, 15 yaşlı M.Nəsirov anası 35 yaşlı G.Nəsirovanının üzərinə qaynar su tökərək onu yandırıb. Xəsarətlə nəticələnən hadisə üç ay əvvəl baş versə də, təfərrüat indi məlum olub.

 

Belə ki, həmin vaxt G.Nəsirovanının su qızdırıcısının partlaması nəticəsində xəsarət alması barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Aparılan araşdırmalar nəticəsində hadisənin əslində su qızdırıcısının partlaması nəticəsində deyil, G.Nəsirovanın oğlu M.Nəsirov tərəfindən qəsdən törədildiyi məlum olub. Məlumata görə, M.Nəsirovu buna atası C.Nəsirov məcbur edib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Ata və oğul saxlanılıb.

 

Onların günahı sübuta yetiriləcəyi təqdirdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin