Tanınmış ispan “qadın yazar” üç kişi çıxdı

11:09 19-10-2021 | icon 406 | Maraqlı
Tanınmış ispan “qadın yazar” üç kişi çıxdı

Nüfuzlu “Premio Planeta” ədəbiyyat mükafatını və “Ən Yaxşı Roman” üçün milyon avroluq (1,9 milyon manat) mükafatı qazanan ispan yazıçısı Karmen Mola əslində üç kişi müəllifin təxəllüsü imiş.

 

Bir neçə məşhur romanın müəllifinin sirri, mükafatlandırma mərasimində əsərin əsl yaradıcıları - Aqustin Martinez, Xorxe Diaz və Antonio Merseronun “La Bestia” tarixi trillerinə görə mükafat almağa gəlməsi zamanı ortaya çıxıb.

 

Müəlliflər “El Mundo”ya verdikləri müsahibədə anonimlik üçün darıxdıqlarını vurğulayıblar.

 

“Bu çox rahat idi, xoşumuza gəlirdi. Tənqidlər səni o qədər də incitmir və romanın çıxmasından sonra da həyatına davam edirsən”, - deyə Xorxe Dias bildirib.

 

Öz növbəsində Antonio Mersero, müəlliflər üçlüyünün sirrlərinin hər an açıla biləcəyini daim hiss etdiyini və bunun həqiqəti dünyaya açmaq qərarına təsir etdiyini vurğulayıb.

 

Hər üç müəllif birbaşa televiziya dünyası ilə əlaqəlidir. Mersero İspaniyanın ən təcrübəli ssenaristlərindən biri olaraq Diazla birlikdə “Hospital Central” serialının müəllifidir, Martinez isə bir neçə televiziya filminin ssenaristidir.

 

Yazıçılar universitet müəllimi və üç uşaq anası Karmen Mola obrazının marketinq hiyləsi olduğunu inkar edirlər.

 

“Karmen Mola alınıbsa bunun səbəbi oxucuların hekayələri bəyənməsidir. Qəlbin dərinliyində biz o qədər də önəmli deyilik”, - deyə Aqustin Marnines vurğulayıb.

 

Qeyd edək ki, “La Bestia” tarixi romanı - 1834-cü ildə Madriddə vəba epidemiyası zamanı baş verən hadisələrdən bəhs edən və Karmenin əvvəlki üç kitabına xas olan şiddət səhnələrinin bol olduğu 500 səhifəlik trillerdir. Kitab noyabrın 4-də satışa çıxarılmalıdır.

 

“Planet” mükafatı 1952-ci ildə təsis edilib və hər il İspan dilində hələ nəşr olunmamış ən yaxşı roman üçün verilir. Bu, “Nadal” mükafatı ilə yanaşı İspaniyanın ən nüfuzlu mükafatlarından biridir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin