Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaq

13:24 20-10-2021 | icon 511 | Siyasət
Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaq

 Azərbaycan Ordusu döyüşə-döyüşə irəliləyirdi

SƏBİNƏ XASAYEVA
/Milli Məclisin deputatı/

 

Zaman anlamında Zəngilanın da dünənləri kəşməkeşli olub. Rus imperiyası Qazqazı istila edəndə hansı səbəblərə görəsə, yeni inzibati ərazi bölgüsü yaratdı. Bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edildi.

 

Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları he­sa­bına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasına da sahibləndilər. Bolşevik Rusiya­sının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirildi. Qəzanın yux­arı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qaldı...

 

Ötən əsrin sonlarında Ermənistan elan etmədən Azərbaycana qarşı müharibəyə başladı. Ayrı-ayrı rayonlarda yerli ərazi özünümüdafiə taborları yaradıldı. Zəngilan taboru əhalinin iştirakı ilə ərazini mərdliklə müdafiə edirdi. Zəngilan taboru Ermənistan ərazisinə hücum edərək bir neçə kəndi ermənilər­dən təmizləmişdi. Bu, Azərbaycanın Ermənistan ərazisində apardığı ilk hər­bi əməliyyat idi. Bu əmliyyat taborun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında ol­duqc­a əhəmiyyətli ol­muş­, Ermınistan ordusunun şəxsi heyəti arsında müəyyən səviyyədə qorxu da yaratmışdı...

 

1992-ci ilin yayında Zəngilan alayına məxsus yeganə “Qrad” qurğusunun Beyləqana aparılması rayonun müdafiəsini ciddi şəkildə çətinləşdirdi. Cəbrayılın, Qubadlının işğalı Zəngilanın müdafiəsini çıxılmazlığa salmışdı. Əhali də, alay da döyüşürdü.

 

Oktyabrın ilk on günlüyündə Zəngilnda vəziyyət xeyli gərginləşdi. Bakıdan lazımi kömək göndərilmədi. Zəngilana olmayan aertilleriya qurğusu üçün mərmilər və 100 nəfər təlim keçməmiş əəsgər göndərilmişdi. Bunların heç biri Zəngilanın müdafiəsində nəyisə dəyişməyə, yaxşılaşdırmağa qadir deyildi.

Döyüşlər daha da gərginləşmişdi...

 

Zəngiln işğal ərə­fə­sində olanda yeganə çarə kimi əhalinin İran ərazisi vasitəsilə ölümdən, əsirlikdən qurtarma­sı­na qərar verildi. Bu müddət ərzində alay müdafiə döyüşləri aparırdı.

 

Oktyabr ayının 30-da Zəngilan alayı Koroğlu daşı istiqamətində sonuncu müdafiə döyüş­ləri aparırdı, əhali həmin anlarda Araz çayından İran ərazisinə keçirdi.

 

Zəngilan işğal olundu.

1 şəhər, 5 qəsəbə və 83 kənd ermənilərin işğalına düşdü. 730 kvadrat kilometr sahəsi, əhalisi 45 mindən çox əhalisi olan rayonun bütün infrastrukturu dağıdıldı. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskun­laş­dı. Bunlar yaşayış məntəqələridi. Ermənistan Zəngilanın ərazisində onlarla tarixi abidəni də dağıdıb. XVII əsrə aid İmam Hüseyn məscidi, Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi-Məmmədbəyli kəndi, IX-XVI əsrlərə aid Şərifan abidələri, XIII əsrə aid sərdabə, XIV əsrə aid Qız qalası və s. belə tarixi abidələrdəndir...

 

Ermənistan danışıqlar prosesindən yayınır, regionda status-kvonu saxlamağa çalışırdı. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev qətiyyətlə demişdi: "Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan əra­zi­sin­­də ikin­ci erməni dövlətinin yaran­ma­sı­na imkan verməz". Bu bəyanat Ermənistanı işğalçılıq niyyətindən daşıındırmadı. İşğalçı döv­lət atəşkəsi pozmaqla irimiqyaslı təxribatlar törətməyə cəhd göstərirdi.

 

2020-ci il sentyabr ayının 27-də Ermənistan ordusu müxtəlif istiqamətlərdən, həm dövlət sərhədlərindən, həm də işğal etdiyi ərazilərdən hücuma keçdi. Azərbaycam Ordusnun hissələri düş­mənin hücumunun qarşısını qətiyyətllə aldı. Cənab Ali Baş Komandanın döyüş əmri ilə əks-hücum əməliyyatı başladı. Bu, Vətən müharibəsi idi...

 

Azərbaycan Ordusunun hissələri düşmənin illərlə yaratdığı, yenilədiyi, təkmilləşdirdiyi müdafiə şəbəkəsini darmdağın etdi. İlk qələbələr qazanıldı.

 

Azərbaycan Ordusu döyüşə-döyüşə irəliləyirdi.

Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması, 30-dan çox yaşayış mən­təqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyab­rın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciətində Zəngilan rayonu­nun Ha­va­lı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğal­dan azad olunduğunu elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvə­lə­ri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.

 

Şuşa işğaldan azad edildi. Bu, Vətən müharibəsində mühüm bir mərhələ oldu, Azərbycan Respublikasının Prezidenti Cənab İlham Əliyrvin sərəncamı ilə noyabrın 8-i Zəfər Günü kimi tarixləşdi...

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə 2020-ci il no­yabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Ko­man­dan,Cənab Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət gös­tərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi.

 

Birinci Qarabağ müharibəsi iştirakçıları da, Vətən müharibəsi iştirakçıları da bu qələbəni xalqın, Müzəffər sərkərdənin qələbəsi hesab edir.

 

Prezident İlham Əliyev Zəngilan şəhərində də Azərbaycan bayrağını qaldırdı.

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Birinci vitse-prezident Meh­riban xanım Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həm Vətən müharibə­sin­də qazanılan Zəəfərin qürurunu həmin rayonda yaşatmaq istəyidir, həm də o rayonun yenidən qu­rulacağına əminlik yatarmaqdır. Ölkə başçısının Zəngilan rayonuna səfərlərində də bu duy­ğu­lar yaşanıldı.

 

Qələbədən sonra Zəngilan rayonuna 3 səfər etmiş Prezident İlham Əliyev aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə nəzarət edir. İşğaldan azad olunmuş rayonlarda icra olu­nan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaqdır. Pre­zi­dent İlham Əliyevin işğaldan azad edilmiş rayonlarasəfərləri təsdiqləyir ki, əhalinin ərazilərə qay­ı­dı­şı dövlətin nəzarəti altında həyata keçiriləcək. Ölkə başçısının bu səfərləri əhalinin, bu sıradan gənc nəslin vətənpərvərlik duyğularını gərəkli səviyyədə formalaşdırır. Zəngilan ra­yonunda bir neçə aydan sonra köçkünlərin bir hissəsi qayıdacaqdır.

 

Ermənilər dünya müharibələr tarixində edilməyən vəhşilikləri ediblər. İşğal dövründə bü­tün evlər, tarixi abidələr, infrastruktur darmadağın edilib. Bu, bəşəriliyə düşmənçilikdir. ermə­ni­lərin dağıtdığı kəndlərin bərpası sürrətlə davam edir. Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı kəndləri bərpa edilir. Bu kəndlər “ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən qurulur. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi ev tikilməkdədir. Evdaxili mühəndis kommuni­ka­siya, isitmə sistemi də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, uşaq bağçası, po­li­k­linika tikiləcək, iş yerləri yaradılacaqdır. Elektron idarəetmə olacaq. Zəngilan­dakı Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək. Kənd­də layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrü­fa­tı”, alternativ enerji sahələri. Burada inşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələ­ba­tı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Layihələrin icrasında Türkiyə, Çin, İsrail, İtaliya şirkətləri iştirak edir. Texnologiyalar sahəsində dünyanın ən inkişaf etmiş kom­pa­niyalarından olan “Huawei-Azərbaycan” şirkəti Qarabağda “Ağıllı kənd” üzrə qabaqcıl tex­nolo­giyaları təmin etmək üçün ən son məhsul və texnologiyaları bölgədə yerləşdirəcək. “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini də həyata keçirəcək.

 

Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzala­dıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açıl­ması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxar­maqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura 101 ildən sonra yenidən qayıdı­şı­nı təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəh­li­zin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yer­lə­şən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Nax­çı­vanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır...

 

Zəngilan da yenidən qurulur. Azərbaycan Vətən mmüharibəsində qalib gəldi, Azər­bay­can Respublikası Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə erməniliyin törət­diklə­rini də aradan qaldıracaqdır. Ölkə başçısı xalq müraciətində demişdi: “Bu gün buraya bu tor­paq­ların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün mən Müzəffər Or­­dumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayra­ğı­mızı qal­dır­dım. Bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bun­dan sonra öz dədə-baba tor­paq­larımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən qura­ca­ğıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xal­qı­mızın böyük­lü­yü­nü göstərəcəyik”.

 

Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaqdır...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları