"Müharibə iştirakçıxı olan jurnalistlərin əməyi lazımi qədər qiymətləndirilmir"

18:34 20-10-2021 | icon 476 | KİV
"Müharibə iştirakçıxı olan jurnalistlərin əməyi lazımi qədər qiymətləndirilmir"

Aydın Quliyev: "Bəzən media mənsublarının içərisində elə səbatsız adamlara rast gəlirsən ki..."

 

“Müharibədən sonrakı vəziyyəti, Qarabağ probleminin kökünü, diplomatiya ilə bağlı informasiyaların dünya auditoriyasına çatdırılması baxımından bugünkü nəticələrimizi qənaətbəxş hesab etmək olar.  İnformasiya siyasətinin düzgün qurulması nəticəsində dünya Azərbaycanın haqlı olduğunu anladı. Ermənilər özləri də etiraf etdilər ki, müharibə vaxtı bir ölkə belə Azərbaycanı qınamadı”.

 

Versus.az xəbər verir ki, bunu “Bakı -Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

 

Onun sözlərinə görə, müəyyən geosiyasi maraqların təsiri altında beynəlxalq güclər bizim torpaqların azad olunması yönümündə real addımlar atmırdılar. BMT qətnamələrinin yerinə yetirilməsi tələb olunmurdu. Çünki super dövlətlər -Amerika, Fransa və Rusiyanın marağı o idi ki, münaqişə həll olunmasın və hərə öz marağına uyğun kartı bölgəyə gətirsin:

 

“Lakin Azərbaycan bu problemi təklikdə həll elədi və nəticədə dünya başa düşdü ki, bu müharibə Azərbaycanın haqqıdır. Ona görə də informasiya müharibəsinin nəticələrini Azərbaycanın maraqlarına uyğun sayıram. 

Bu gün Azərbaycanla Ermənistan arasında “Qarabağ” mövzusu yoxdur. Yalnız sərhədlər delimitasiya və Xankəndində olan ermənilərə Ermənistandan humanitar yardımların göndərilməsi məsələsinə nəzarət oluna bilər.  Qalan bütün məsələlər, o cümlədən Qarabağa hər hansı status məsələsi Azərbaycan-Ermənistan dialoqunda mövzu deyil, ola da bilməz.  Qarabağla bağlı müzakirələr yalnız Azərbaycanla Rusiya arasında aparıla bilər ki, burda da mövzu sülhməramlıların ölkəni nə vaxt, hansı şərtlərlə tərk  edəcəyidir. Sülhməramlılar bölgəni tərk etməlidirlər ki, onlardan sonra münaqişə vəziyyəti qalmasın”.

 

A.Quliyev eyni zamanda hesab edir ki, artıq bu gün ermənilər müharibədən əvvəlki informasiya- lobbiçilik şəbəkəsinə malik deyillər. Onun fikrincə, ermənilər öz yalanlarını beynəlxalq məhkəməyə qədər çıxarsalar da, bu yalanlar işləməyəcək:

 

“Ermənilər xəbərlər yayırlar ki, azərbaycanlılar guya 60 nəfər diversantı əsir götürüb, bu gün də onlara işgəncə verilir. Guya o diversantlar erməni əsgərləridir,  onların tutulduqları iki kənd  erməni silahlı qüvvələrinin çıxmalı olduqları kəndlər deyil. İndi baxaq görək BMT-nin  Haaqa hərbi mıhkəməsi bu fakta necə yanaşacaq.  Azərbaycan hökumətinin o məhkəməyə tədim etdiyi faktlar, sənədlər diversantların sülh razılaşması imzalanandan təxminən 16-17 gün sonra antiterror əməliyyatı nəticəsində tutulmasını təsdiq edir. Diversiya qrupu Azərbaycanda dinc əhaliyə, mülklərinə xeyli ziyan vurublar, bizim əsgərlərimizi öldürüblər.  İndi biz bu faktı  dünyaya təqdim elədiyimiz halda görək erməni yalanları, erməni təbliğatı özünü BMT-də necə göstərəcək. Bu fakt bizim üçün lakumus kağızı rolunu oynayacaq”.

 

A.Quliyev hesab edir ki, bizim milli mediamızın informasiya müharibəsindəki rolunu, əhəmiyyətini qəti şəkildə aşağılamaq olmaz:

 

“Çox təəssüflər olsun ki, bəzən bizim media mənsublarının içərisində elə səbatsız adamlara rast gəlirsən ki, onlar deyirlər ki, informasiya müharibəsində əsas rol Azərbaycan mediasına  məxsus olmadı. “Mediamız neylədi, nə iş gördü” sualını qoyurlar.  Çox təəssüf ki, bu gün çox səthi deyilən fikirlərə rast gəlinir. Amma o qələbənin qazanılmasında, informasiya savaşında birinci növbədə bizim milli mediamızın rolu danılmazdır. Beynəlxalq auditoriyalara işləmək məsələsində Prezidentin özünün müsahibələri əvəzsiz rol oynadı.  Bu informasiyalar hamısı da beyinlərə, şüurlara işləyən informasiyalar idi.  Beynəlxalq auditoriya ilə işləmək nöqteyi-nəzərindən zəifliyimiz var. Çünki bizim CNN, Əl-Cəzirə kimi güclü dünya ictimai fikrinin dəyişdirilməsində rol oynaya biləcək media orqanlarımız hələlik yoxdur.  Mövcud olan milli media orqanlarımızın ölkənin içərisində auditoriyanın fikrini dəyişməkdə, yönəltməkdə müstəsna rolu var. Kimsə hesab edisə ki, Azərbaycanın daxilində ictimai fikri idarə etmək, onu lazımi informasiya ilə qidalandırmaq o qədər də əhəmiyyətli deyildi, bu çox savadsız yanaşmadır.  Azərbaycanın müharibədəki qələbəsini  bizim  Azərbaycan ictimaiyyətinin vahid nöqtəyə vurması həll elədi. İctimaiyyətin də hamılıqla bir nöqtəyə vurmasını təmin edən media idi.  Mediamızın siyasəti, Prezidentin çağırışları, xalqı, onun müvafiq strukturlarını və təmsilçilərini ətrafında cəmləşdirdi. Bu bizim milli mediamızın gücüdür. Onun gücü ölkədə cəmiyyətimizin milli birliyini pozmağa yönəlmiş müəyyən xarici ideoloji informasiya təxribatlarını neytrallaşdırmaq idi, cəmiyyətə lazımı birləşdirici, informasiyaları, tezisləri  vermək idi ki, bizim mediamız onu yüksək səviyyədə yerinə yetirdi.  Çap mediamız, onlayın mediamız, televiziyalar bu funksiyanın öhtəsindn gəldilər”.

 

A.Quliyev bildirib ki, kimsə təftişçilik etmək istəyirsə, bunu başqa yerdə axtarsın:

 

“Azərbaycan mediasının üzərində bu təftişçiliyi sınaqdan çıxarmağa ehtiyac yoxdur. Jurnalistlərin əməyini itirmək olmaz. Bizim 30-dan artıq jurnalistimiz müharibəyə getdilər. Mediaya bu cür səthi yanaşmaların nəticəsindədir kİ, müharibədə iştirak edən jurnalistlərin əməyi lazımi qədər qiymətləndirilmir”. /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?