"Cənub istiqaməti tam nəzarətə götürüldü”

 

18:52 20-10-2021 | icon 532 | Müharibə
"Cənub istiqaməti tam nəzarətə götürüldü”
 

 "Ruslan İmamquliyev: “Zəngilanın azad olunması həm də o baxımından əhəmiyyətli idi ki...”

 

“44 günük müharibədə cənubda keçirilən əməliyyatların ciddi bir  önəmi var. Bu əməliyyatlar həm düşmənə yeni cəbhə açdı, həm də İranla olan sərhəddin nəzarətə götürülməsi, düşmənə ola biləcək  texniki dəstəklərin qarşısının alınması baxımından əhəmiyyətli idi. Bu mənada Zəngilan və orada bir sıra kəndlərimizin azad olunması çox önəmli idi”.

 

Versus.az xəbər verir ki, bunu Zəngilanın işğaldan azad olunmasının hərbi əhəmiyyəti ilə bağlı açıqlamasında hərbi ekspert Ruslan İmamquliyev bildirib.

 

R.İmamquliyev qeyd edib ki, 44 günlük müharibədə başlanmış əməliyyatlar sadəcə şərq-qərb  istiqamətində həyata keçirilirdi. Bu geniş miqyaslı əməliyyatlar özü-özlüyündə düşməni tədirgin edir, çətin vəziyyətə salırdı:

 

“Döyüşün gedişatında bizim silahlı qüvvələrimizin düşmənin dərinliyinə sızması, düşmənin şərq istiqamətində deyil, bütün istiqamətlər üzrə təhdid altına salınması idi. Bu da düşmənin bir çox hallarda ya ehtiyatlarını tətbiq etmə məcburiyyətində qalması, yaxud ehtiyatların tətbiq edilməsindən məhrum olma vəziyyətinə düşürülməsi idi.  Çünki düşmənin bir çox ehtiyatları darmadağın edilmişdi. Bunun da başlıca səbəblərindən biri döyüşün ilk günlərində hava üstünlüyünün Azərbaycan silahlı qüvvələrində olması, düşmənin kəşfiyyat vasitələrinin darmadağın edilməsi və kor vəziyyətinə salınması idi. Cənub istiqamətində ordu korpuslarımızın həyata keçirmiş olduğu yarma əməliyyatı nəticəsində düşmənin dərinliyinə qədər nüfuz etməsi, Cəbrayılın, Hadrutun, Füzulinin azad olunması və cənub istiqamətində əməliyyatların daha da genişlənərək  Zəngilanın, Qubadlının azad olunması ilə nəticələndi. Cənub istiqaməti tam nəzarətə götürüldü”.

 

Hərbi ekspert bildirib ki, Cəbrayıldan sonra Zəngilanın azad olunması ilə artıq 132 kilometr cənub sərhəddimizin tam nəzarətə götürülməsi idi.  Buna görə də düşmən şərq və qərb istiqamətlərində hücuma məruz qalmaqla  yanaşı, eyni şəkildə cənub-şimal istiqamərlərində də geniş cəbhədə yeni təmas xətti yaranmışdı:

 

“Nəticə göz qabağında idi.  Düşmən artıq təslim vəziyyətinə gəldi. Bir -birinin ardınca  torpaqların azad olunmasının şahidi olduq.  Laçında bir sıra yüksəkliklərin, Laçın karidorunun nəzrət altına götürülməsi, Şuşanın azad olunması ilə düşmənin təslim aktına imza atması, düşmənin Ağdam, Kəlbəcər, Laçın kimi rayonları təslim etməsinə səbəb oldu”. /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI