BDU-da “XXI əsr insanı zaman və məkan kontekstində” – KONFRANS
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin nəzdində yaradılmış “Bəhmənyar klubu”nun təşkilatçılığı ilə “XXI əsr insanı zaman və məkan kontekstində” adlı elmi-fəlsəfi konfrans keçirilib.
Versus.Az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova XXI əsr insanının zaman və məkan etibarilə XX əsr insanından fərqləndiyini qeyd edib, elmi texniki inqilabların, texnika və texnologiyanın inkişafının XXI əsr insanın formaşalmasında yaratdığı dəyişikliklər, insan məfhumunun mənşəyi, onun haradan gələrək haraya doğru getməsi, artıq formalaşma mərhələsində olan XXI əsr insanın siması və nəzərdən keçirilən problemə müxtəlif yanaşmalar barədə danışıb.
Sosiologiya kafedrasının müdiri İzzət Rüstəmov XXI əsr insanının texnika və texnologiyanın təsirinə daha çox məruz qalmasından və bu əsrdə də insanın proqressiv meyillərə yiyələnə biləcəyindən bəhs edib.
Sosial Elmlər və psixologiya fakültəsinin müəllimi Araz Əliyev, dosent Nəriman Süleymanov çıxışlarında müasir gənclərin fəaliyyətləri, bacarıq və istedadları ilə fərqlənmələrindən danışıblar.
Konfransda “Bəhmənyar klubu”nun sədri, fəlsəfə ixtisası II kurs tələbəsi Fərhad Seyfullazadə, TGT fakültə sədri İsa Bəylərli və digər tələbələr çıxış ediblər.
Professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi konfrans mövzular ətrafında müzakirələr və sualların cavablandırılması ilə başa çatıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"