"Gecə-gündüz iş düşünən vətəndaşı siyasət maraqlanmır"

13:15 22-10-2021 | icon 295 | Siyasət
"Gecə-gündüz iş düşünən vətəndaşı siyasət maraqlanmır"

Fuad Əliyev: "Arzu edirəm ki, ictimai-siyasi həyata aktiv formada qatılsınlar"

 

Son bir həftədə iki partiya - Qubad İbadoğlunun sədr seçildiyi ADR və Demokratik Dəyişim Partiyası (DDP) yaradıldığı elan edilib.

 

DDP-nin Təşkilat Komitəsinin sədri vəzifəsinə Əli Mustafa seçilib. Yeni Partiyanın təsis edilməsinin əsas məqsədi Azərbaycan xalqının suverenliyinin qorunmasına, ölkədə həqiqi demokratiyanın bərqərar olunmasına və milli maraqların təmin edilməsinə nail olmaqdır. Onun dediyinə görə, yaxın günlərdə təşkilatın regional strukturlarının yaradılması üzrə işlərin həyata keçirilməsi və təsis qurultayının reallaşdırılması nəzərdə tutulur.

 

Əvvəlki dövrlərdə partiyaların məramnaməsinin əsas bazasını Qarabağ probleminin həlli təşkil edirdi. İndi isə Azərbaycanın belə bir problemi yoxdur. Qarabağ problemi səbəbdən əvvəlki illərdə yaradılan partiyalara diqqət vardı. İndi isə cəmiyyətin partiyalara əvvəlki marağı da qalmayıb. Hakimiyyəti tənqid edəcək sahələr çoxdur, amma kiminsə gəlib bu məsələləri daha yaxşı həll edəcəyinə xalqın inamı qalmayıb.

 

Bəs yeni partiyaların yaradılması zərurəti haradan doğur? Onilliklərin partiyaları az qala tarixin arxivinə gömüldüyü zaman, yeni partiyaların siyasi uğur qazanması mümkündürmü? Qarabağın işğaldan azad edilməsindən sonra həm indi, həm də illər öncə yaradılmış partiyaların sosial baza toplamaq və hakimiyyətə ciddi alternativ təşkil etmək perspektivi varmı?

 

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev yeni yaranan partiyalara uğurlar arzulayaraq vurğulayıb ki, partiyanın yaranmasını, məqsədi və məramnaməsini elan etmək olar:

 

"Əsas bundan sonrakı fəaliyyətdir, bəyan etdiyin ideyaları həyata keçirməkdir. Ən çətin proses budur. Partiyaların fəaliyyəti, sosial baza toplamaq baxımdan çox çətindir. Çünki vətəndaşı bu gün siyasət maraqlandırmır. Onu bir məsələ maraqlandırır, evə gedəndə əli boş getməsin, nəsə alıb getsin. Gecə-gündüz iş haqqında fikirləşən vətəndaşları siyasət maraqlanmır. Digər tərəfdən, qeydiyyatdan keçən 52 partiya var. Qeydiyyatsız haradasa 15 partiya mövcuddur. Ümumi desək, 67 partiya var. İndi olmasın 67, olsun 69 partiya. Əsas odur ki, aktiv fəaliyyət göstərəsən".

 

ALDP sədri vurğulayıb ki, Ağdama səfər edəndə tanımadığı xeyli partiya sədrləri görüb:

 

"Orada bildim ki, onlar partiya sədrləridir. Onları nə keçirilən seçkilərdə görmüşəm, nə də ki, adları mətbuatda rastıma çıxıb. Bax belə partiyaların qeydiyyatı ləğv olunmalıdır.  Tanıdığım Qubad bəy siyasətdə yeni sima deyil, tanınmış siyasətçıdır, özünəməxsus yeri var. ADR partiya elan olunmamışdan qabaq, hərəkat formasında fəaliyyət göstərib. İctimai-siyasi proseslərdə çox aktiv olub və kifayət qədər sosial bazası var. Arzu edirəm ki, DDP Təşkilat Komitəsi yaxın bir zamanda qurultaylarını keçirib ölkəmizin ictimai-siyasi həyatına aktiv formada qatılsınlar”. /Yeni Müsavat/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Azərbaycan-Ermənistan sərhədlərinə dair aşkarlanan xəritələr yayımlanıb

Zabrat körpüsündə ağır QƏZA

Görmə imkanları məhdud vətəndaşlarla GÖRÜŞ

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Uşaqlar üçün verilən pulun məbləği artacaq

Yük maşını YPX avtomobilinə çırpıldı

Vatikanda səfirliyimiz AÇILIR

İş adamlarına MÜRACİƏT

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

ŞAD XƏBƏR - 2 minə yaxın yeni iş yeri açılacaq

Tahir Kərimli üzr istədi

Atanın davasından uşaqları zərər çəkdi

Saxta kriptovalyuta satan qadından XƏBƏR VAR