“Paşinyan strateji olaraq doğru yolu seçdi”

16:58 23-10-2021 | icon 457 | Geopolitika
“Paşinyan strateji olaraq doğru yolu seçdi”

Natiq Cəfərli: “Zəngəzur dəhlizinin açılması İran üçün təhlükə yox, yeni fürsətlər yaradır”


Prezidentin Zəngilanda səfərdə olması, orda Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlamalar, Rusiyada keçirilən üçtərəfli komissiyanın görüşü regionda həm də mühüm proseslərin getməsinə işarədir.


İran nəhayət Qarabağa yolladığı yük maşınlarına qadağa qoydu. Bunun ardınca Azərbaycan Xankəndiyə gedərkən tutulmuş iki İran vətəndaşını öz ölkəsinə geri qaytardı.


Belə bir ərəfədə Ermənistanın baş naziri Nikol Paşinyanın da Zəngilan dəhlizinin açılmasına yönəlik çıxışları, eləcə də Azərbaycanın Naxçıvana həm avtomobul, həm dəmir yolu vasitəsi ilə bağlanacağı ilə bağlı fikirləri birmənalı qarşılanmır.

Maraqlıdır, Ermənistan Zəngəzur dəhlizinin aşılması ilə barışıbmı, yoxsa bu, görüntü yaratmaq üçündür. Yaxud, İranla Azərbaycan arasında qarşılıqlı humanist jestlər davamlı olacaqmı?


Versus.Az xəbər verir ki,bununla bağlı şərh verən politoloq Natiq Cəfərli ilk növbədə bildirib ki, son vaxtlar İranla yaranan gərginliyin qaynağı Azərbaycan deyil.


Onun sözlərinə görə, Azərbaycan İran tərəfindən atılan addımlara qarşı adekvat addımlar atdı:

Azərbaycan İran üçün bir çox ölkələrə açılan qapı idi. İrana qarşı sanksiyaların sərtləşdirildiyi dövrdə Azərbaycan sanksiyalara məhəl qoumadan İran mallarının Azərbaycan üzərindən Rusiyaya, Orta Asiya respublikalarına, Baltik ölkələrinə keçməsinə şərait yaradırdı. İran tərəfi əslində Rəşt istiqamətində dəmir yolunun yenidən qurulması üçün 500 milyon dollara yaxın kredit xətti ayrılmasına baxmayaraq bu layihəni gecikdirir. Lakin bu, Azərbaycan tərəfindən edilən kifayət qədər pozitiv jestlər idi. Əgər bu gərginlik artsaydı, İran tərəfinin ziyanı daha çox olacaqdı. Azərbaycan kimi xoş münasibət göstərən dövlətlə münasibətlərin tamamilə pozulması İranın strateji maraqlarına cavab vermir. Ona görə də İran tərəfindən belə bir mövqenin sərgilənməsi çox qəribə idi. İqtisadi fürsətləri və iqtisadi qazancları ola-ola geosiayasi məsələlərə görə anlaşılmaz şəkildə Azərbaycanla gərginliyin artırılması İranın özü üçün kifayət qədər problemlər yaratmışdı”.

 

Politoloq bildirib ki, artıq diplomatik kanallar işə düşüb və münasibətlərin normallaşması üçün qarşılıqlı addımların atılması qərarlaşdırılıb. N.Cəfərli hesab edir ki, getdikcə bu qarşıdurma səngiyəcək. Lakin hər şey İrandan asılıdır:


İran 10 milyonluq Azərbaycan bazarı və Azərbaycan körpüsündən istifadə edib dünyaya çıxmağı seçirsə, Azərbaycanla münasibətləri daha da yaxşılaşdırmalıdır. Ermənistanla münasibətlər üzərindən Azərbaycanla münasibətləri pozmaq İrana heç nə vermir. Ermənistan kiçick bir bazardır, başqa yerlərə çıxış imkanları yoxdur. Zəngəzur dəhlizinin açılmasından sonra İranın dünyaya çıxışı daha da arta bilər. İranda gərginliyin artırılmasının heç bir xeyir verməyəcəyini anlayan qüvvələr də var və getdikcə münasibətlərin normallaşdırılması yolu ilə İranın regional layihələrdən kənarda qalmaqdansa, iştirakçı olmasını daha doğru sayırlar. Bu doğru yanaşmadır, Zəngəzur dəhlizinin açılması İran üçün təhlükə yox, yeni fürsətlər yaradır”.


Politoloq hesab edir ki, Azərbaycan hər kəsi qapıların açılmasına, iqtisadi münasibətlərin qurulmasında iştiraka və əməkdaşlığa dəvət edir:


6-lıq platforması Türkiyə tərəfindən təklif olunub, Azərbaycan tərəfindən dəstəklənib. Burda hərənin öz qazancı fürsət və imkanları yaranır. Burda Ermənistan da qazanır. Çünki Ermənistan iqtisadi və loqistik tupikdə yerləşən bir ölkədir. Zəngəzur dəhlizi vasitəsi ilə Türkiyəyə, İrana, Azərbaycan üzərindən Rusiyaya, Orta Asiyaya da yeni yollar, yeni marşrutlar əldə edir”.


N.Cəfərli hesab edir ki, burda inam məsələsi deyil, qarşılıqlı qazanc məsələsi güdülür. Ona görə də ehtiyatı əldən verməyərək Azərbaycan yenə də bu məsələlərdə aparıcı rol oynamalıdır.


Politoloq münasibətərin istiləşməyə doğru dəyişməsində region rəsmilərinin apardığı danışıqların, eləcə də digər görüşlərin təsirini istisna etmədi:


İran da gördü ki, regionda onun iştirakı olmadan bu məsələlər həll olunacaq. Kənarda qalıb fürsətlərdən məhrum olmaqdansa, razılıq verib, bu prosesin iştirakçısı olmaq daha məntiqlidir. Ona görə də yumşalma baş verdi. Bizim əsas tələblərimizdən biri Xankəndiyə göndərilən yüklərin Azərbaycan nəzarətindən keçməsi və Azərbaycanın ərazisi kimi İran tərəfindən tanınması idi. Bu doğru və hüquqi yanaşma idi. Mənə elə gəlir ki, İran tərəfi artıq bu məsələdə güzəşt etdi”.


Paşinyanın yumşalması və etdiyi çıxışa gəlincə, politoloqun sözlərinə görə, əsas məsələ odur ki, dəhlizin açılmasında Rusiyanın ciddi marağı var. Çünki Rusiya Ermənistanla quru əlaqəsini ancaq Gürcüstan vasitəsi ilə həyata keçirirdi:


Gürcüstanla da Rusiya arasında xoş olmayan münasibətlər var. Bundan başqa texniki məsələ də var idi ki, Gürcüstanı Rusiyaya bağlayan yuxarı Lars yolu qar uçqunları, yol uçqunları üzündən kifayər qədər təhlükəyə çevrilir. Yerüstü əlaqələr kifayət qədər problemə çevrilir. Lakin Zəngəzurda Rusiyanın Ermənistanla Azərbaycan üzərindən həm dəmir yolu, həm avtomobil yolu ilə kifayət qədər rahat, ucuz əlaqəsi yaranır. Paşinyan anlayır ki, Rusiya Azərbaycanla bu yolu açacaqsa, kənarda qalmaqdansa bu prosesə qoşulub, iştirakçı olması və müəyyən maraqlarının təmin olunması daha yaxşıdır. Paşinyan strateji olaraq doğru yolu seçdi”. /hafta.az/


Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər