Putinin “iki dövlət, bir Rusiya” prinsipi regiona nə vəd edir?

19:32 23-10-2021 | icon 473 | Siyasət
Putinin “iki dövlət, bir Rusiya” prinsipi regiona nə vəd edir?

Xəritələri Rusiyadan alıb özləri bu prosesi davam etdirə bilərlər”


Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı zamanı bildirib ki, Ermənistan və Azərbaycan sərhəd məsələsini sovet dövrünün xəritələri əsasında həll edə bilər. Putin bu məsələnin qarşılıqlı kompromislər tələb etdiyini, başqa qüvvələrə ehtiyac olmadığını, “iki dövlət və Rusiya bizə bəs edir” deyə bildirib. Eyni zamanda, sovet dövrünün xəritələrinin Rusiyanın Baş Qərargah rəsinin ovcunda olduğunu deyib.

 

Bu yanaşma Rusiyanın regionda orbitr olacağını, Ermənistanla Azərbaycanın tərəf kimi çıxış edəcəyini yenidən gündəmə gətirir. Rusiya regionda beynəlxalq ictimaiyyətə hansı mesajını verir?

 

 

 

Putinin üstünlüyü həm də onda görsənir ki...”

 

Politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya prezidenti bu çıxışı ilə deyir ki, başqa dövlət Azərbaycan və Ermənistan arasında vasitəçi ola bilməz.

 

Politoloqun fikrincə, əslində bu yanaşmada həqiqət ondan ibarətdir ki, Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyini qəbul edir:

Türkiyənin vasitəçiliyini Azərbaycan istəyir, lakin Ermənistan onun əleyhinə olduğuna görə, vasitəçiliyi alınmır. Digər tərəfdən, Putinin üstünlüyü həm də onda görsənir ki, keçmiş sovet ölkələrinin sərhədlərinin xəritələri Moskvadadır və məhz bu səbəbdən də Rusiya vasitəçi ola bilər”.

Politoloq qeyd edib ki, Azərbaycan sərhədlərin müəyyənləşməsini, danışıqların intensivləşməsini istəyir. Yetər ki, bu proses sürətlənsin:

Rusiya vasitəçi olsa belə, biz bu danışıqlara hazırıq. Xəritələr göstərəcək ki, Azərbaycanın əraziləri hardan başlayır və haqq etdiyimiz ərazilərə qayıtmalıyıq. Necə ki, biz 21 kilometrlik Gorus-Qafan yoluna nəzarəti ələ aldıq, bu da olacaq. Fakt budur ki, məsələ Ermənistanla razılaşdırılıb. Çünki Ermənistan da bilir ki, ora Azərbaycan ərazilərinə aiddir”.

E.Şahinoğlunun fikrincə, sərhədlər nəqədər tez müəyyənləşərsə, Azərbaycana xeyirli olduğu qədər Ermənistanın özü üçün də faydalı olacaq.


 

 

 

Yaxşı olardı ki, ikilikdə buna nail olsunlar”

 

Politoloq Əli Mustafa bildirib ki, Rusiyanın bu mövqeyi Azərbaycan-Ermənistan arasındakı münaqişədən sonra arbitorluğa iddia etməsidir.

Onun sözlərinə görə, Rusiya hər zaman Güney Qafqazda baş verən hadisələrə digər dövlətlərin müdaxiləsini istəməyib və bu regionu özünün nüfuz dairəsində saxlamağa çalışıb:

Baş qərargah rəisində sərhədlərin xəritəsinin olması anlaşılandır. Çünki sovet dövründə sərhədlər Moskva tərəfindən müəyyənləşdirilib. Həmin sərhədlərin dəqiq xəritələri Moskvada qorunub saxlanılır. Ancaq bu xəritələrin Azərbaycanda və Ermənistanda da olmasını düşünürəm. Hətta yoxdursa belə, xəritələri Rusiyadan alıb özləri bu prosesi davam etdirə bilərlər. Hesab edirəm ki, burda Rusiyanın aparıcı rolunun olması, yenidən bölgədə monapolist dövlət kimi qalması Azərbaycanın maraqlarına uyğun deyil. Ermənistan da bunun fərqində olmalıdır. Yaxşı olardı ki, Ermənistanla Azərbaycan ikilikdə sərhədlərin müəyyənləşdirilməsinə nail olsunlar”.

 

Politoloq bütün bunlarla yanaşı hesab edir ki, Rusiyanın bizim regionla bağlı hansı mövqeyi tutması bizim atacağımız addımlara təsir etməli deyil:

Azərbaycan müstəqil dövlətdir və öz sərhədlərinin müəyyənləşməsini də öz iradəsi ilə müəyyən etməlidir. Zərurət olarsa, digər dövlətlərin, o cümlədən Rusiyanın, Türkiyənin köməyindən istifadə edə bilər kimi mövqeyini ortaya qoymalıdır”.


 

 

Putinin bu təşəbbüsünü alqışlamaq lazımdır”

 

Politoloq Yusif Bağırzadə bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxındır işğal altında saxlayıb, Azərbaycanın mülki vətəndaşlarına soyqırım, ekoloji terror törədib.

 

Onun sözlərinə görə, Rusiya tərəflər arasında insan itkisinin daha az olması və iki dövlət arasında müharibənin dayandırılmasının təşəbbüskarı kimi çıxış edib və bu, Azərbaycan tərəfindən qəbul edilib:

 

Putinin bu təşəbbüsünü alqışlamaq lazımdır. O özü çıxışlarında qeyd edib ki, bu təşəbbüslə tərəflər arasında itkinin az olmasına nail olub. Odur ki, bununla da regiona başqa bir dövlətlərin girməsinin qarşısnını alıb. Ermənistan isə Rusiyanın forpostudur, bir dövlət deyil, bir alətdir. Bunu Ermənistan, Rusiya siyasətçiləri də çıxışları zamanı deyiblər. Rusiya KTMT-da olan tətəfdaşını məhv olmaqdan xilas edib”.

Politoloq hesab edir ki, bu platforma Azərbaycana xeyir gətirir. İlk növbədə biz bölgəyə sülh gətirdik və hazırda iqtisadi münasibətlərin bərpası yönündə addımlar atılır:

Putun Valdayda qeyd elədi ki, 3+3 formtı bərpa olunmalıdır. Regionda kommunikasiya xətlərinin açılması Zəngəzur dəhlizi ilə bağlı beynəlxalq ictimaiyyətə bir mesajdır. Ona görə də Cənubi Qafqaza başqa bir qüvvənin girməsi nə Rusiyaya, nə də Azərbaycana lazım deyil. Bu, Rusiya-Azərbaycan, Rusiya-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərinin inkişaf etməsinə gələcəkdə öz töhfəsini verəcək. Əlbəttə, bu münasibətdən türk dövlətləri, Ermənistan, Rusiya dvidentlər götürəcək. Dünya iqtisadi tənəzzülə gedir, bu kommunukasiya xətlərinin açılması, böyük layihələrdə Azərbaycanın moderatorluğu ilə regiona başqa qüvvələrin girməsi məqbuldur”.

 

Y.Bağırzadə bildirib ki, Rusiya dövlətinin Azərbaycandakı Ticarət Palatasının sədri Ruslan Mirsayapov Rusiyanın bir neçə şirkətinin Azərbaycanda, Qarabağ bölgəsindəki proyektlərdə iştirak etmək istədiyini deyib:


Bu proses Zəngəzur dəhlizlərin açılmasına töhfə verəcək. Azərbaycan Rusiyaya iqtisadi, siyasi, strateji partnyor kimi baxır. İşğaldan azad olunmuş Şərqi Zəngəzur bölgəsi Azərbaycanın iqtisadi, investisiya parkı olacaq. Əlbəttə ki, Sərhədlər sovetlər birliyində olan xəritə ilə müəyyənləşəcək”. /hafta.az/

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF