Futbolumuz üçün möhtəşəm nəticə

13:17 25-10-2021 | icon 370 | İdman
Futbolumuz üçün möhtəşəm nəticə

Avropada çıxış edən azərbaycanlılar qollar vurdu

 

Azərbaycan futbolu tarixində bir ilk yaşanıb.

 

Versus.Az xəbər verir ki, legioner həyatı yaşayan azərbaycanlı futbolçular həftəsonu çıxış etdikləri Avropa klublarında qollar vurub.

 

Bunlar Namiq Ələsgərov (“Bursaspor”, Türkiyə), Vüsal İsgəndərli (“Ankara Keçiörəngücü”, Türkiyə), Ruslan Qurbanov (“Slaviya-Mozır”, Belarus) və Rüstəm Əhmədzadədir (“Minay”, Ukrayna).

 

Türkiyə I Liqası

 

X tur

“Balıkəsirspor” – “Bursaspor” 0:2 (Namiq Ələsgərov 29-cu dəqiqədə hesabı açıb, 88-ci dəqiqədə əvəzlənib).

 

“Ankara Keçiörəngücü” – “İstanbulspor” 3:2 (Vüsal İsgəndərli 61-ci dəqiqədə meydana daxil olub, 90+7-ci dəqiqədə komandasına qələbə qazandıran qola imza atıb).

 

 

Belarus Yüksək Liqası

XXVII tur

“Minsk” – “Slaviya-Mozır” 0:6 (millimizdə çıxış etmiş Dağıstan əsilli Ruslan Qurbanov 31 və 83-cü dəqiqələrdə dubl edib).

 

Ukrayna Premyer Liqası

XII tur

“Rux” – “Minay” 2:2 (Rüstəm Əhmədzadə 12-ci dəqiqədə hesabı açıb, 62-ci dəqiqədə sarı vərəqə alıb, 71-ci dəqiqədə əvəzlənib).

 

 

Qeyd edək ki, Polşa Ekstraklasasında çıxış edən millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Leqiya” Qlivitse şəhərində “Pyast”a 1:4 uduzub. 90 dəqiqə meydanda olan Mahir iki dəfə qol vurmağa yaxın olsa da, top dirəyə tuş gəlib.

 

Renat Dadaşov isə Portuqaliya Primeyra Liqasında “Tondela” klubu ilə məşhur “Portu”ya qarşı çıxış edib. “Tondela”nın 1:3 hesabı ilə uduzduğu görüşdə Renat 90 dəqiqə meydanda olsa, çərçivəyə düşə bilməyib. 

Həmçinin, millimizin üzvü Anatoli Nuriyevin çıxış etdiyi “Kolos” Ukrayna Premyer Liqasında “Zarya”ya uduzub – 0:1. Nuriyev 84-cü dəqiqədə meydana daxil olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI