22 milyon yaşlı köpəkbalığı dişi tapıldı
ABŞ-ın Florida ştatının sakini okeanın dibindən 22 milyon yaşlı qədim megalodonun (köpəkbalığı) 15 santimetrlik dişini tapıb.
Fosil ovçuluğu üzrə ixtisaslaşmış səyahət şirkətinin sahibi, dalğıc Maykl Nastasio tapıntını Venesiya sahillərində aşkar edib. O, bunun indiyə qədər tapdığı ən böyük megalodon dişi olduğunu və özündə saxlamaq istədiyini deyib:
“Çox xoşbəxtəm. 11 ilə yaxındır ki, fosilləri axtarıram, bu sahədə ixtisaslaşmış şirkətim var. Minlərlə megalodon dişi və digər fosillər tapmışam. Dəfələrlə müştərilərlə suya dalmışam və hər dəfə bir fosil tapdıqda, onların sevinc qışqırıqlaqrını eşidirəm”.
Megalodon - təxminən üç milyon il əvvəl nəsli kəsilmiş köpəkbalığı növüdür. Müasir böyük ağ köpəkbalığının qohumlarıdır. Uzunluğu 18 metrə çatan bu canlılar Yer üzündə yaşayan ən böyük yırtıcılardan biri hesab olunur. Onların skeleti heç vaxt tam olaraq tapılmadığı üçün uzunluqları barədə məlumatlar dişlərin ölçüsünə əsaslanır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"