İsti havada nələr xeyirli, nələr ziyanlıdır?

13:00 08-08-2023 | icon 827 | Sağlamlıq
İsti havada nələr xeyirli, nələr ziyanlıdır?

Nərminə Abbasova: “İsti havalarda ürəyinizi qorumağa çalışın”

 

“Çox isti hava insan sağlamlığı üçün müəyyən təhlükələr yaradır. İstidə bütün orqan və sistemlər, xüsusilə ürək-damar, nəfəsalma, endokrin, sidik ifrazı və sair yüklənir ki, bu da onlarda pozulmaların riskini artırır”.

 

Bu sözləri versus.az-a isti havaların orqanizmdə yaratdığı fəsadlardan, istilərdən necə qorunmanın yollarından danışarkən MayoMed Klinikasından həkim-terapevt Nərminə Abbasova dedi.

 

 

Həkim bildirdi ki, yay aylarında ürəyin iş yükü artdığı üçün ürək xəstələrində sinə ağrısı müşahidə edilər bilər:

 

Yay aylarında bədən daha çox maye itirir. Bu vəziyyət qan təzyiqinin düşməsinə və ürəyin daha sürətli döyünməsinə səbəb olur. Buna görə də isti havalarda ürəyinizi qorumağa çalışın. Yay aylarında ürəyin iş yükü artdığı üçün ürək xəstələrində sinə ağrısı müşahidə edilə bilər. Körpə və azyaşlı uşaqlarda tər vəziləri böyüklərdən daha az olduğu üçün istidən tez təsirlənirlər. Uşaqlara mütəmadi su içirmək və nazik geyindirmək lazımdır. Uşaqlarınızı istidən qorumaq üçün 6 aydan kiçik uşaqlar birbaşa günəş şüaları altında saxlanmamalıdır. Unutmamalıyıq ki, uşaqların dərilərində günəşdən qoruyan melanin piqmenti çox azdır.

 

Nərminə xanım qeyd etdi ki, daha böyük uşaqlar da günəş şualarından qorunmalıdır. Onun sözlərinə görə, xüsusilə saat 10.00-17.00 aralarında uşaqlar həyətə buraxılmamalıdır:

 

“Günəş şualarından qoruyan kremlərdən istifadə etmək lazımdır. Uşağınızın geyimləri bədən və ayaqlarını, günəş papaqları isə başını və ənsəsini örtməlidir”.

 

Çox isti havaların insan sağlamlığı üçün müəyyən təhlükələr yaratdığını vurğulayan terapevt bildirdi ki, istidə bütün orqan və sistemlər, xüsusilə ürək-damar, nəfəsalma, endokrin, sidik ifrazı və sair yüklənir ki, bu da onlarda pozulmaların riskini artırır:

 

“Belə vəziyyətdə sağlamlığı qorumaq üçün həkimlərin bəzi tövsiyələrinə riayət etmək lazımdır. Xüsusilə düzgün qidalanmaya diqqət verilməlidir. Bununla bağlı bir neçə tövsiyyəni oxucuların diqqətinə çatdırmaq istərdim:

İlk növbədə qəbul etdiyiniz qidaların miqdarını azaltmaq lazımdır. Gün ərzinə daha tez-tez (4-5 dəfə) və daha az yeyin, yemək porsiyalarını azaldın. Qidalanmanıza süd məhsullarını, məsələn qatıq, ayran, kəsmik və sair artırın. Bu məhsullar orqanizmin isti havada pozulan turşu-qələvi balansını bərpa edir, onu daha "qələvi" edir. Alimlərin fikrinə görə, orqanizmin turşu-qələvi balansının pozulması, onun daha "turş" olması bir çox xəstəliklərin, o cümlədən xərçəngin əsas səbəblərindən biridir.

Qidalanmanızda meyvə, tərəvəz, göyərti daha çox, ət daha az olmalıdır. Meyvə-tərəvəz və göyərtilər də pozulmuş turşu-qələvi balansını bərpa edir. Yağlı və qızardılmış qidaları, şirniyyatları rasiondan xaric edin. Gün ərzində 2 litr təmiz qazsız su için. Su soyuq olmamalıdır. Bununla yanaşı, spirtli içkilərdən imtina edin. Ədviyyatlardan daha az istifadə edin. Ədviyyatlar qan dövranını və maddələr mübadiləsini sürətləndirir, orqanizmə istilik verir”.

 

Nərminə xanım bildirdi ki, buna əks-göstərişlər yoxdursa, qidalarda duzun miqdarını bir qədər artırmaq olar. Duz orqanizmdə mayeni saxlayır və susuzlaşmanın qarşısını alır.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları