Çəklişləri zamanı qan tökülən filmin TALEYİ

08:24 27-10-2021 | icon 452 | Film
Çəklişləri zamanı qan tökülən filmin TALEYİ

Çəkiliş meydançasında faciə yaşanan “Rust” (“Pas”) filmin çəkilişləri istintaqdan sonra davam edəcək. Bu barədə filmin prodüsserləri xəbər veriblər.

 

Bildirilir ki, hazırda gələcək üçün plan qurmaq çətindir.

 

“Biz bu böhrandan keçərkən, ən azı istintaq bitənə qədər çəkilişləri dayandırmaq qərarına gəldik. Bununla belə söhbət filmin ümumiyyətlə dayandırılmasından yox, fasilədən gedir”, - deyə onlar əlavə ediblər.

 

Xatırladaq ki, Nyu-Meksikoda “Rust” qərb filminin çəkilişləri zamanı aktyor Alek Bolduin güllə ilə dolu tapançadan atəş açmışdı. Nəticədə 48 yaşlı rejissor Coel Souza və 42 yaşlı kinooperator Qalina Hatçins yaralanmışdı. Souza bir neçə saat sonra xəstəxanadan buraxılsa da, Hatçinsin həyatını xilas etmək mümkün olmadı.

 

Bolduinə qarşı hələlik heç bir ittiham irəli sürülməyib.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı