Əbədi birlik

08:41 27-10-2021 | icon 546 | Siyasət
Əbədi birlik

Dünya ictimaiyyəti bir daha əmin oldu ki...

 

 

SƏBİNƏ XASAYEVA
/deputat/

 

Ədalətli müharibə aparan dövlətlərdə qələbədən sonra işğaldan azad edilmiş şəhərlərdə, kəndlərdə quruculuq işləri aparılır. Bu proses qazanılan Qələbənin məntiqi davamı olur. Dövlə­tin müəyyənləşdirdiyi strategiya, plan əsasında, sistem əsasında başlayan quruculuq işlərində hamı iştirak etməyi özünə mənəvi borc bilir – Vətən müharibəsində orduya əvəzedilməz dəstək olan xalq bu prosesin də etibarlı, məsuliyyətli iştirakçısı olacaq.

 

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun nüfuzunu nəzərəçarpacaq dərəcədə artırdı. Dünya ictimaiyyəti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərlərini Azərbaycan dövlətçiliyinin dönməzliyinin zəmanəti kimi izləyir. Bu səfərlər dövlətin Zəfərdən sonra yerinə yetirdiyi qlobal, həm də bəşəri layihələrin istiqamətini, mahiyyətini bildirir. Xalq bu layihələri Azərbaycanın sabahlarına təxirəsalınmaz, olduqca gərəkli qayğı, dövlətçilik tədbiri kimi qürurla qarşılayır.

 

İşğaldan azad edilmiş şəhərlərdə aeroportların tikintisi istər infrastruktur kimi, istər ölkə­da­xili sərnişindaşınmalarında rahatlıq kimi, istərsə də Azərbaycanın strateji xarici siyasətinin tərkib hissələrindən biri kimi dəyərləndirilir. Oktybarın 26-da Füzulidə beynəlxalq aeroportun açılışı oldu.  Füzulidə inşa edilmiş aeroportun açılış mərasimi həm də bu tədbirdə Türkiyə Res­pub­liksının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə əlamətdar oldu. İki qardaş döv­lə­tin təkcə iki dövlət kimi deyil, həm də eyni ruha malik xalqların qardaşlığının təsdiqi kimi izlənildi.

 

Dövlət başçıları azad olunmuş ərazilərdə inşa edilən ilk hava limanı binasının qarşısın­dakı qırmızı lenti kəsdilər. Bu da birliyin, ruhun bölünməzliyinin simvolu kimi tarixləşdi.

 

Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub, istənilən tip hava gəmisini qəbul etməyə qadirdir.

 

Azərbaycan və Türkiyə Prezidentləri “Ağıllı kənd” layihəsinə müvafiq görülən işlərlə ta­nış olublar. Bu tanışlıq Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrini sabah­la­rına inamın təzahürüdür.

 

Ölkə başçıları Zəngilan rayonunda “Dost Aqropark”ın açılışında da iştirak edən ölkə başçıları Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolunun  – Zəngəzur dəhlizinin təməlini qoyublar. İctimaiyyət bu təməlqoymanı Zəfərin davamı bilir...

 

İstər Azərbaycan ictimaiyyəti, istərsə də dünya ictimaiyyəti bir daha əmin oldu ki, Füzuli aeroportunun timsa­lında Azərbaycanla Türkiyə böyük tarixi şəxsiyyət Heydər Əliyevin dediyi kimi, “Bir millət – iki dövlət”dir. Bu birlik əbədidir. Aeroportun açılış mərasimində Prezident­lə­rin çıxışları hər iki dövlətin siyasi, iqtisadi maraqlarının ayrılmazlığının təsdiqi idi...

 

Hər bir Azərbaycan vətəndaşı da, Türkiyə vətəndaşı da mənəvi birliyin dönməzliyinin qüdrətini əbədiliyin cığırdaşı bilir...

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Buradan Şuşa yaxındır. “Xarıbülbül” də Şuşanın simvoludur” kəlmələri təkcə məsafə baxımından deyil, həm də ruhun eyniliyi baxımından diqqəti çəkdi...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

Rusiya Fransanı ciddi qəbul etmir?

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər

Qazaxıstandan Azərbaycana 102,2, Azərbaycandan Qazaxıstana isə 205,2...