10 il bağlı qalan qapının arxasındakı SİRR
Atasının 10 ildir qapısı bağlı olan gizli otağının qıfılını qıran gənc içəridə sürprizlə üzləşib.
Bu barədə başına gələnləri barədə “RomanTesticles” ləqəbli istifadəçi “Reddit”də bölüşüb.
Onun sözlərinə görə, atası ailə üzvlərindən heç kimə uzun illər o otağa girməyə icazə verməyib, bu barədə suallara isə əsəblə cavab verib.
“Bir dəfə 12 yaşım olanda atam məni qıfılı açmağa çalışarkən yaxaladı. Sonra məni uzun müddətli cəza gözləyirdi”, - deyə oğlan xatırlayır.
Gəncin sözlərinə görə, onların ailəsində həmişə zarafatla atalarının yəqin ki, orada zaman maşını düzəltdiyini, ya da insan meyitləri gizlətdiyini deyiblər.
Nəhayət uzun illərdən sonra 22 yaşlı gənc qıfılı açmağın sirrini öyrənib. Bir gün valideynlərigilə qonaq gələndə isə, hamının yatmağından istifadə edib və qapını açıb.
Burada oğlan üzərində hərflər yazılmış çoxlu qəribə kisələr tapıb, ancaq onun diqqətini konteynerlər cəlb edib. Məlum olub ki, bura narkolaboratoriyadır, kişi xüsusi göbələklər yetişdirirmiş.
“Mən onların nə cür göbələklər olduğunu başa düşdüm, əks halda onları niyə gizlincə böyütmək lazımdır ki? Bəzi qablarda onlardan az olsa da, digərlərində meşə kimi idi. Atamın sirrinin xoşagəlməz ola biləcəyini anlayırdım, amma hər halda gizli anbarda narkotik laboratoriyası görəcəyimi gözləmirdim”, - deyə gənc etiraf edib.
Maraqlıdır ki, atası gəncə həmişə alkoqolun təhlükələri haqqında mühazirələr oxuyurmuş.
“Buna görə də yəqin ki, satış uçun yetişdirdiyi göbələk istixanasını tapmaq mənim üçün böyük sürpriz oldu”, - deyə o əlavə edib.
Sonda gənc etiraf edib ki, atası ilə münasibətlərini korlamamaq üçün heç vaxt qardaş və bacılarına bu kəşfi barədə deməyəcək.
Şərhlərdə bir çox istifadəçi atasının problem yaşamaması üçün müəllifə yazını silməyi tövsiyə edib. Bir çoxları isə iznsiz otağa girib atasının konfidensiallıq hüququnu pozduğuna görə oğlanı qınayıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"