QARABAĞ: DAĞIDICILIQDAN QURUCULUĞUA

11:00 28-10-2021 | icon 452 | Cəmiyyət
QARABAĞ: DAĞIDICILIQDAN QURUCULUĞUA

Bizim qarşımızda bütün üfüqlər açıqdır

 

QƏNİRƏ PAŞAYEVA
/MM-in Mədəniyyət komitəsinin sədri/

 

Oktyabrın 26-da Azərbaycan növbəti tarixi gün yaşadı. Qarabağımız düşmən tapdağından azad olunmasının birinci ildönümündə dünyaya səs salan quruculuq, abadlıq hadisələrinə səhnə olur. Özü də söhbət irimiqyaslı layihələrdən gedir – elə layihələr ki, yalnız Füzulinin, Zəngilanı əhatə etmir, regional xarakterli infrastruktur dəyişikliklərlə ifadə olunur.

 

Əslində, “regional” sözü də burada tam yerinə düşmür, çünki görülən, planlaşdırılan işlər qlobal mahiyyət daşımaqdadır. Bəli, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Hava limanının açılışında və bir sıra digər açılışlarda, təməlqoyma törənlərində iştirak üçün 26 oktyabrda birbaşa Ankara-Füzuli reysi ilə respublikamızda səfərdə oldu. Bu, Füzuli hava limanına ilk beynəlxalq uçuş idi. Qardaş ölkənin başçısı Qarabağın hava qapısına gələn ilk yüksək səviyyəli qonaq oldu. “Qonaq” desək də, bu, əslində, bir vətəndən başqa bir vətənə gəlmək kimidir. “Hər bir türkün iki vətəni var: biri öz vətəni, digəri Türkiyə” – Qazax fikir adamı Mustafa Çokayın vaxtı ilə (Türkiyədən başqa müstəqil türk dövləti olmadığı zamanlarda) dediyi bu anlamlı sözləri, onun ruhunu şad etmək niyyəti və inancı ilə bu gün “Türk dünyası sakinlərinin hər birinin iki vətəni var: biri öz ölkəsi, digəri başqa bir türk ölkəsi” şəklində ifadə etsək, qüsur sayılmasın gərək. Bu anlamda, Türkiyənin dövlət başçısı və heyəti bir vətəndən digər vətəninə gəlmişdi: bu, onların sevincindən, qürurundan, səmimiyyətindən çox açıq-aydın görünürdü. Görünürdü ki, Qarabağın azadlığından keçən bir il içində həyata keçirilmiş böyük işlər bizlər qədər qardaş ölkə rəhbərliyini, vətəndaşlarını da məmnun edir, şad edir. Necə ki bizlər qardaş ölkə başçısının son bir ildə artıq üçüncü dəfə ölkəmizə səfər etməsindən çox məmnunuq; məmnunuq ki, bu səfərlər Bakıda, Şuşada, Füzulidə, Zəngilanda tarixi hadisələr, mühüm sənədlərin imzalanması, açılışlar, təməlqoymalarla süslənib. “Türkiyənin gücü bizim gücümüzdür, Türkiyənin uğuru bizim uğurumuzdur və biz birlikdə bundan sonra da iki qardaş ölkə kimi çiyin-çiyinə irəliyə gedəcəyik. Bizim qarşımızda bütün üfüqlər açıqdır.” (İlham Əliyev).

 

Doğrudan da, həyata keçirilən nəhəng layihələr bizim qardaşlığımızın, birliyimizin gücünü bir daha sübut edir, bizim gücümüzü artırır və bütün dünyaya nümayiş etdirir ki, iqtisadi gücümüz siyasi gücə çevrilib! Və bu güc bölgəyə, bizə qonşu dövlətlərə, Avrasiyaya və bütün dünyaya yalnız hüzur, rifah, əmin-amanlıq vəd edir. Biz savaşlarda olduğu kimi, sülh quruculuğunda da ləyaqət göstərmə xarakterinə malikik. Azadlıq və xeyirxahlıq bizim xarakterimizdir! Budur, 26 oktyabr səfəri və səfərin proqramı dosta da, dost ola bilməyənlərə də işğalla azadlığın, dağıdıcılıqla quruculuğun vandallıqla xoşgöürünün, həqiqi sahiblərlə yadellilərin, bir sözlə, Şərlə Xeyirin fərqini göstərdi. Bir il öncə hərb meydanında Şər Ermənistan üzərində Zəfər qazanan Xeyir Azərbaycan Qarabağa insanlıq, mədəniyyət, quruculuq gətirib! Azərbaycan-Türkiyə qardaşlığı, strateji işbirliyi Qarabağda gül-gülüstanlıq yaradır, yollar yikilir, tunellər vurulur, körpülər salınır, hava limanları açılır...

 

İşğalçı Ermənistan və havadarlarının dərin işbirliyi nəyə yarayırdı? – Qan tökməyə, ev yıxmağa, yol dağıtmağa, körpü partlatmağa, işıq kəsməyə...

Bəli, düşmən də Qarabağda tunellər qazmışdı – ancaq onlar hərbi bölmələrin gizlənməsi, Qarabağın azadlığının qarşısını almaqçün, günahsız insanların qanını axıtmaqçündü...

Bizim vurduğumuz tunellər yol infrastrukturunun bir hissəsidir, oradan yüklər daşınacaq, firəvanlıq təmin olunacaq, insanlar xoşbəxt yolçuluğa çıxacaq, həsrətlər tez bitəcək, yollar yollara, əllər əllərə, ellər ellərə qovuşacaq...

“Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” – Ümummilli liderimizin bu müdrik sözlərini yolla bağlı hər cümlədə, yazıda xatırlayıram.

 

26 oktyabrda: -Azərbaycan və Türkiyə prezidentləri Füzuli Beynəlxalq Hava limanının açılışını etdi; -Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldu; -Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular! Bu hadisələr yolsuzlara tarixi cavabdı, yolla yolsuzluğun fərqini idraka dəvətdi! Yollarımız açıq olsun!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin