Üçüncü doza ilə bağlı VACİB AÇIQLAMA

12:28 28-10-2021 | icon 425 | Sağlamlıq
Üçüncü doza ilə bağlı VACİB AÇIQLAMA

Nigar Əliyeva: "Bu, ikinci dozadan 6 ay sonra vurulur"

 

"Davamlı qoruyuculuq üçün "buster" (gücləndirici) doza vacibdir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib.

 

O bildirib ki, bunun heç bir yan təsiri yoxdur:

"Koronavirusa qarşı vaksinlərin yan təsiri adətən birinci dozadan sonra olur. İlk dozadan sonra yan təsir olmadığı halda, sonrakı dozalarda da olma ehtimalı azdır. Davamlı qoruyuculuq üçün buster (gücləndirici) dozanın tətbiqi önəmlidir. Bu, ikinci dozadan 6 ay sonra vurulur. Çünki zaman keçdikcə vaksinin effektivliyi azalır. Bədənin koronavirusa qarşı müqavimətini davam etdirməsi üçün üçüncü dozanın tətbiqi tövsiyə olunur".

 

Qeyd edək ki, aparılan tədqiqatlar nəticəsində buster dozanın immuniteti 5-10 dəfə gücləndirdiyi sübuta yetirilib.

 

Səhiyyə Nazirliyi də hər iki doza vaksin qəbul etmiş risk qrupuna aid olan şəxsləri, xroniki xəstəlikləri olanları, bütün tibb işçilərini və yaşı 60-dan yuxarı olan şəxsləri üçüncü dozanı qəbul etməyə çağırıb.

 

Pandemiyanın davam etdiyini, yeni subvariantların yarandığını və mövsümlə əlaqədar xəstəliklərin daha geniş vüsət aldığını nəzərə alaraq bütün dünyada buster dozanın önəmi vurğulanır. Artıq dünyanın bir sıra qabaqcıl ölkələrində üçüncü dozanın tətbiqi genişləndirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qarşımızda yeni hədəflər, yeni çağırışlar var”

Qənirə Paşayevasız 1 il...

“Mən bilirəm nə zaman necə nə etmək lazımdır” kəlamının doğurduğu REALLIQ

“Qənirə Paşayeva - İTHAF” - SƏRGİ

Siyasətçilərin də axışdıqları Vudu bazarı

UEFA "Barselona" klubunu cəzalandırdı

Planetin xəritəsi YENİLƏNİR?

Bir şəklin TARİXÇƏSİ

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

Ən çox və ən az kredit verən BANKLAR