"Karmen" Bakıda

09:24 28-11-2018 | icon 476 | Mədəniyyət
"Karmen" Bakıda

 

Dekabrın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcək.

 

Teatrdan Versus.Az-a verilən məlumata görə, Karmen partiyasını ifa etmək üçün Polşanın Vroslav Opera Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İrina Jitinskanı dəvət edilib. İ.Jitinska hazırda Avropada çox populyar olub, bir çox ölkələrdə - Danimarka, Hollandiya, Finlandiya, Almaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Portuqaliya və s. vaxtaşırı qastrol səfərlərində olur. Portuqaliyanın Lissabon şəhərində keçirilən opera sənəti festivalında vokalçı Karmen partiyasının ən yaxşı ifaçısı üçün təsis edilmiş prizə layiq görülüb.

 

Dekabrın 15-də keçiriləcək tamaşada həmçinin Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq artisti Andrey Romanenko da (Xoze) və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - xalq artistləri Əli Əsgərov (Suniqo) və Gülnaz İsmayılova (Fraskita) , Əməkdar artistlər İnarə Babayeva (Mikaela), Cahangir Qurbanov (Eskamilio), Tural Ağasıyev (Dankayro), Əliəhməd İbrahimov (Romendado) və solist Nina Makarova (Mersedes) da çıxış edəcəklər.

 

Tamaşanın dirijoru Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" Milli mükafatının laureatı Əyyub Quliyevdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol