Freddi Krüger hələ də britaniyalıları qorxu altında saxlayır

11:10 29-10-2021 | icon 757 | Film
Freddi Krüger hələ də britaniyalıları qorxu altında saxlayır

Böyük Britaniyanın “Elm street” küçəsindəki evlər digərlərindən orta hesabla 70 faiz daha ucuzdur. Fərq “qatil Freddi Krüger” haqqında 1984-cü ildə çəkilmiş “A Nightmare On Elm Street” (“Qaraağac küçəsində qarabasma”) filmindən qaynaqlanır.

 

Bu barədə Qərbi Yorkşir Tikinti Cəmiyyətinin (YBS) ekspertləri qeyd ediblər.

 

Analitiklərin fikrincə, göstərilən küçədəki daşınmaz əmlak eyni ərazidə olan, lakin başqa küçədəkilərdən orta qiymətdən 42 faiz daha ucuzdur. Ən böyük xərc fərqi Darhem qraflığında görünüb.

 

“Elm street”dəki bir obyektin orta qiyməti 31,3 min funt-sterlinq (73,2 min manat) olsa da, digər küçələrdə eyni şəraitli mənzillərin qiyməti isə 105,5 min funt-sterlinqdir (246,7 min manat).

 

Mütəxəssislər insanların belə yerlərdə ev almaq istəməməsini xurafat bazarı ilə əlaqələndirirlər.

 

“Biz bilirik ki, qiymətlərə müxtəlif səbəblər təsir edə bilər və görünür ki, Freddi Krüger barədə franşiza indi bu siyahıya əlavə edilə bilər”, - deyə YBS-dən bildirilib.

 

Analitiklər qeyd ediblər ki, “Exorcist” (“Şeytan”) və “The Amityville Horror” (“Amitvill dəhşəti”) kimi məşhur qorxu filmlərində çəkilən küçələrdə isə əksinə qiymətlər nisbətən bahadır. Bildirilir ki, burdakı qiymətlər Hollivud tarixinin bir parçasına sahib olmaq istəyən kinosevərlər sayəsində belə yüksək qalır.

 

Qeyd edək ki, Freddi Krüger— “Qarağac küçəsində qarabasma” film seriyaları üçün uydurulmuş obrazdır. Personajın müəllifi Ues Kreyvendir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI