Vəfat etmiş anasının geyimləri ona sərvət gətirdi

11:17 29-10-2021 | icon 434 | Maraqlı
Vəfat etmiş anasının geyimləri ona sərvət gətirdi

London sakini mərhum anasının yığdığı paltar kolleksiyasının ona on minlərlə funt-sterlinq qazandıra biləcəyini aşkar edib.

 

Oğlunun sözlərinə görə, anası həvəskar rəssam olub.

 

“O, 1980-ci illərin əvvəllərində Honqkonqda yaşayıb. Burada o, tezliklə Asiya antikvar dünyasını kəşf edir. Xüsusilə Çin tekstilinin detallarının keyfiyyəti və işlənməsi onu cəlb edirdi. O, bu paltarların bəzəklərinin mənasını və simvolikasını başa düşməyi öyrəndi. Tezliklə əntiq əşyaları toplamaq onun həvəsinə çevrildi. O, qonaqlara nəhəng kolleksiyasını göstərməkdən və onun simvolikasını izah etməkdən çox xoşlanırdı”, - deyə kişi olanları xatırlayıb.

 

Ananın vəfatından sonra övladları kolleksiyanı mütəxəssislərə göstəriblər. Məlum olub ki, kolleksiya demək olar ki, 400 il əvvəl hazırlanmış nadir antikvarlardan ibarətdir və sərvət gətirə bilər. Bundan sonra britaniyalı kişi onu hərraca çıxarmaq qərarına gəlib.

 

Mütəxəssislərin fikrincə, qadının Honkonqdan gətirdiyi mavi ornamentlərlə bəzədilmiş və qızılla bəzədilmiş kostyumlar Tzin sülaləsi dövründə tikilib, qızıl düyməli ədliyyə geyimləri isə Tsyanlun dövrünə (1735-1796) aid ola bilər. Onların hər birinin dəyəri 10 min funt-sterlinq (23,3 min manat) hesablanır.

 

Hərraca həmçinin qızıl sapla bəzədilmiş və qəzəbli əjdaha təsviri olan Quansyuy dövrünə aid paltar (1875-1908) daxildir. O, ilkin olaraq iki-üç min funt (4,6-7 mim manat) dəyərləndirilib.

 

Həmçinin, hərrac iştirakçılarına 20-ci əsrin birinci yarısına aid 300-500 funt-sterlinq (467-1,1 min manat) dəyərində qiymətləndirilən tünd göy rəngli ipək paltar təklif olunur.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı