"Onlar beynəlxalq məhkəməyə verilməlidirlər" - MÜSAHİBƏ

11:59 29-10-2021 | icon 372 | Cəmiyyət
"Onlar beynəlxalq məhkəməyə verilməlidirlər" - MÜSAHİBƏ

Ələsgər Məmmədli: "Ermənistanın Azərbaycana qarşı hərbi cinayətlərinin siyahısı böyükdür"

 

Ötən ilin bu günü Ermənistan silahlı qüvvələri Bərdə şəhərini raket atəşinə tutdu. Hadisə nəticəsində dinc sakinlər – Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 14 nəfər yaralanıb. Bərdə rayonu və şəhər mərkəzi Ermənistan Silahlı Qüvvələri tərəfindən 3 dəfə (5,27 və 28 oktyabr tarixlərində) raket və ağır artilleriya atəşinə məruz qalıb. Çoxlu sayda dinc insanımız şəhid olublar.

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən hüquqşünas Ələsgər Məmmədli beynəlxalq hüququn işləmə mexanizminə diqqət çəkib.

 

Ələsgər müəllim, 44 günlük müharibədə Ermənistan döyüş meydanından uzaqda olan Bərdəyə düz, üç dəfə raket ataraq xeyli sayda mülki vətəndaşımızı qətlə yetirdi. Təbii ki, bu cinayəti beynəlxalq təşkilatlar gördü. Necə hesab edirsiniz, beynəlxalq hüquq ermənilərin Bərdədə törətdiyi cinayətlərin cəzasının ödənilməsi üçün hansı addımların atılmasını tələb edir və cinayətkarın məhkəməyə çəkilməsi prosesi hansı mərhələdədir?

 

- Azərbaycanın öz ərazisində məskunlaşmış qanunsuz erməni silahlı birləşmələrinə, eləcə də Ermənistan silahlı qüvvələrinə qarşı apardığı əməliyyatlar hüquqi əməliyyatlar idi. Bu, Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsinin Azərbaycan tərəfindən icrası idi. Ermənistan siahlı qüvvələrinin birbaşa şəhərləri, sivilləri qadağan olunmuş raket siahlardan istifadə etməklə hədəfə alması itkiləri çoxaltmaq, vətəndaşların gözünü qorxutmaq, onların həyatlarına son vermək məqsədi güdürdü. Bu da birbaşa dövlət terroru idi. Bununla bağlı Azərbaycan hakimiyyəti mümkün olan bütün informasiyaları və sənədləri toplayıb rəsmi beynəlxalq qurumlara, məhkəmələrə təqdim edərək prosesi Haaqa Məhkəməsi qarşısında başlatmalı idi.  Düzdür, Azərbaycan Prokurorluğu məsələ ilə bağıl cinayət işi açıb və bu istiqamətdə sənədlər toplanaraq aidiyyəti üzrə araşdırmalar aparılır. Ola bilməz ki, Azərbaycan hökuməti Gəncədə, Tərtərdə, Bərdədə bu qədər dağıntılar törədilmiş, insanlığa qarşı yönəlmiş qadağan olunmuş raketlərlə bağlı heç bir addım atılmasın.  Yəqin ki, addımlar atılıb, informasiyalar, sübutlar toplanıb.

Ermənilərin raket hücumu nəticəsində 100-dən artıq mülki vətəndaşımız həlak oldu, 400-dən artıq vətəndaşımız müxtəlif xəsarətlər alıb şikəst qaldı. Bunlar birbaşa insanlıq əleyhinə müharibə cinayətidir.

Azərbaycanın müharibədə apardığı əməliyyatlar o qədər diqqətli, obyektiv idi ki, yalnız hərbi obyektlər, hədəflər vurulurdu. Bir reallıq var ki, beynəlxalq hüquq o qədər də işlək deyil.  Biz bunu 30 ildir BMT-nin qətnamələrinin icra olunmamasında görürük. Azərbaycan öz ərazi bütünlüyünü bərpa edib sərhədlərini  müəyyənləşdirdiyi zaman  hansısa özünə demokratik deyən ölkələrin bizi durdurmağa yönəlik çağırışlarının şahidi oluruq. Bu dövlətlərin iştirak elədiyi  beynəlxalq mexanizmi və onların da bir çoxunun Təhlükəsizlik Şurasında olduğunu nəzarə alsaq, təbii ki, burdan da effektiv nəticə gözləmək sadəlöhvlük olar. Düşünürəm ki, bunun Beynəlxalq Məhkəmədə müzakirəyə çıxarılması ən prioritet məsələdir. 

 

- Vətəndaş cəmiyyətləri beynəlxalq məhkəmələrə müraciətlərlə bağlı hansı addımları atmalıdır?

 

- Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti bəllidir, onlar çox dişsiz vəziyyətdədir. İndiki mərhələdə  biz bu boşluğu çox aydın şəkildə görürük və qısa müddətdə də  bunu bərpa etmək mümkün deyil. İndiki halda çox təəssüf edirəm ki, ciddi vətəndaş cəmiyyətləri institutları mövcud deyil. Onların da fəaliyyət imkanları o qədər məhduddur ki, beynəlxalq müstəvidə ciddi şəkildə məsələ qaldırıb problemlərin həllinə nail olması mümkünsüz görünür. Düzdür, müəyyən beynəlxalq təşkilatlara müraciət edənlər də var. Bu dəryada damlaya bənzəyir.

 

- Bəs bizim xaricdə olan diasporumuz nə işlər görür?

 

- Bu istiqamətdə aparılan informasiya təbliğatını çox da effektiv hesab etmirəm. Azərbaycan zərərçəkən tərəf olsa da, dağıntılar, canlı insan təlafatları, baş verən bu cinayətlər lazımı səviyyədə dünyaya təqdim olunmur. Ermənilər Azərbaycanda törətdikləri dağıntılarla bağlı görüntüləri özlərinə qarşı törədilmiş hadisə kimi təqdim edirlər. Düşünürəm ki, bununla bağlı informasiya resurslarımız yetərsizdir. Beynəlxalq cameə yalanları eşitməkdə daha maraqlıdır.

Məsələn, beynəlxalq informasiya mühiti erməni yalanlarını daha çox tirajlayır, nəinki Azərbaycan reallıqlarını. Beynəlxalq informasiya resurslarının işlək qaydası odur ki, özləri hadisələri müşahidə edib yayırlar. Biz birinci gündən elə şərait yaratmalıydıq ki, informasiyaları ilkin mənbədən götürüb özləri yaya biləydilər. Əgər Bərdərdə, Gəncədə, Tərtərdə beynəlxalq agentlikləri yerləşdirsəydik və atılan minalar onların öz başına düşsəydi, o zaman faciəni daha yaxşı hiss edərdilər. Təbii ki, beynəlxalq aləm Bərdədəki faciəni də gördü, amma bu elə də təsirli olmadı. Həm də problem ondadır ki, gedib Xankəndidə yerləşmiş rus və ya başqa fransız, orda hərbi obyektə düşən mərmini, sivil əraziyə düşən mərmi kimi təqdim edir. Təbii ki, onlar da işğalda iştirakçıya çevrilmiş olurlar.Bizim diaspor təşkilatları da yetərli fəaliyyət göstərmir. Siyasi diaspora formalaşmalıdır.

 

Erməni hərbi cinayətkarların Bərdəyə atdığı qadağan olunmuş raketlərin törətdiyi dağıntılara, insan təlafatına, faciələrə baxanda, beynəlxalq hüquq indiki reallıqda bunu görürmü?

 

Bərdədə erməninin törətdiyi gerçək faciənin real həcmi hələ də beynəlxalq ictimaiyyətə görünmür.  Bir il keçib. Bərdədə yaxın qohumlarım, tanıdıqlarım var ki, hələ də aldıqları xəsarətdən yataqdadırlar. Heç Azərbaycan mediası da bunları doğru-düzgün işıqlandırmadı. Lakin bu insan faciələrini gündəmdə tutmaq,inkişaf etdirmək lazım idi. (hafta.az)

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol