Əmək Məcəlləsinə dəyişiklik mübahisəyə səbəb oldu

12:51 29-10-2021 | icon 606 | Siyasət
Əmək Məcəlləsinə dəyişiklik mübahisəyə səbəb oldu

Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik edilməsinə dair qanun layihəsini müzakirə edib.

 

 

Versus.az xəbər verir ki, dəyişikliklərlə əlaqədar Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

 

Komitə sədri deyib ki, dəyişikliklər texniki xarakter daşıyır.

 

Qeyd edək ki, qanunun 1.1-ci hissəsində V abzasda “Respublika günü” sözü “Müstəqillik günü” sözü ilə əvəz olunur. Eləcə də 1.2-də səkizinci abzasda “Dövlət müstəqilliyi günü” sözü “Müstəqilliyin Bərpası Günü” ilə əvəzlənir.

 

Deputat Fazil Mustafa çıxışında Əmək Məcəlləsinə 18 oktyabr Müstəqilliyin bərpası gününün qeyri-iş günü kimi salınmamasına etiraz edib: “Cəmiyyətdə də bu məsələ ilə bağlı gözləntilər var. Əmək Məcəlləsində də bununla bağlı dəyişiklik olunmalı idi”.

 

Deputat Əli Məsimli də həmkarının fikirlərini dəstəkləyib: “Müstəqillik Günü dəyər olduğu üçün müstəqilliyin bərpası da dəyərdir. Birinin dövlət, birinin peşə bayramı səviyyəsində qeyd edilməsi qəbuledilməzdir. Qeyri-iş günləri sayının çox olması deyilirsə, Novruz bayramında 5 gün qeyri-iş günü var. Həmin günlər 4 günə salına bilər. Müstəqilliyin Bərpası Günü qeyri-iş günü kimi təqvimə salınmalıdır”.

 

Deputat Sabir Rüstəmxanlı da çıxışında 18 oktyabrın qeyri-iş günü olmasının vacibliyini vurğulayıb.

 

Komitə sədri Əli Hüseynli səslənən fikirlərə cavab olaraq deyib ki, müzakirənin priqmenti tam başqadır.

 

Dəyişikliklər səsverməyə çıxarılaraq qəbul edilib.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin