Fuad Əliyevdən Zaxarovanın Zəngəzur dəhlizi açıqlamasına REAKSİYA

16:43 29-10-2021 | icon 483 | Siyasət
Fuad Əliyevdən Zaxarovanın Zəngəzur dəhlizi açıqlamasına REAKSİYA

"O, Moskvanın regionu heç kəslə bölüşmək niyyətində olmadığı mesajını verdi”

 

“Rusiyanın sözçüsü Mariya Zaxarovanın Zəngəzur dəhlizi ilə bağlı son açıqlaması rəsmi Moskvanın regionu heç kəslə bölüşmək niyyətində olmadığı mesajını bir daha verdi”.

 

Bunu Versus.az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Mariya Zaxarovanın “Zəngəzur dəhlizi ətrafında mübahisələrin həlli üçün ən yaxşı format Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin iştirakı ilə yaradılan işçi qrupudur” fikirlərini şərh edərkən bildirib.

 

Partiya sədri qeyd edib ki, Rusiyanın bu mövqeyi artıq 44 günlük müharibədən əvvəl daha açıq şəkildə meydana çıxmağa başlamışdı:

 

“Artıq öz öhtəsinə götürdüyü missiyanı az qala 30 ildir həyata keçirə bilməyən ATƏT-in Minsk Qrupu təbii olaraq fəaliyyətsiz qurum kimi Azərbaycan tərəfindən qəbul olunmadı. Ölkə ictimaiyyəti istər rəsmi, istərsə də qeyri-rəsmi müstəvidə Minsk Qrupunun buraxılmasını tələb etdi. Belə bir vaxtda regionun əsas orbitri olan Rusiya təşəbbüsü ələ ala bild, Qarabağ məsələsinin həlli prosesində vasitəçiliyi Vətən Müharibəsində sərgilədiyi mövqe ilə bir daha nümayiş etdirdi. Rusiya regionun əsas güc dövləti olaraq regionda qalmaq imkanını gücləndirdi”.

 

F.Əliyev hesab edir ki, Rusiyanın bu mövqeyi regionla bağlı məsələlərdə qərb dövlətlərini – xüsusilə Fransa və Amerikanı kənarda saxlamaq iddiasından irəli gəlir:

 

"Rusiya ATƏT-in Minsk Qrupunda olan bu dövlətləri kənarda saxlamaqla onları regiondakı iqtisadi layihələrdən məhrum etdi. Qərbin Rusiyaya mövqeyi, həyata keçirdiyi sanksiyaları bəllidir. Türkiyənin Avropa Birliyinə qatılması ilə bağlı maneələr var. Bu, Türkiyə ilə Rusiyanı yaxınlaşdırır.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı