Kağız reseptlərə ƏLVİDA
“Dərman vasitələrinin ölkədə dövriyyəsində rəqəmsallaşdırma prosesi gedir”.
Versus.Az xəbər verir ki, bunu bu gün TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev “Dərman təhlükəsizliyi və farmakonəzarət” mövzusunda çıxışında bildirib.
E.Quliyev deyib ki, yəqin ki, yaxın gələcəkdə rəqəmsallaşdırma tam başa çatdırıldıqdan sonra ölkədə dərman izləmə sistemi tətbiq olunacaq:
“Bunun sonrakı mərhələdə ölkədə elektron reseptə keçid həyata keçiriləcək, biz artıq kağız reseptlərə əlvida deyəcəyik. Dərmanlar elektron reseptlərlə təyin olunacaq, apteklərdən də dərman vasitələri elektron reseptlərlə alınacaq”.
Xəbər lenti
ÜST ilk meymunçiçəyi testini TƏSDİQLƏDİ
"Erkən diaqnoz vaxtında müalicəni və qulluğu, eləcə də..."