Akif Təvəkküloğlu Milli Məclisdən ayrıldı
Uzun illər Milli Məclisdə çalışan Akif Təvəkküloğlu parlamentdəki işindən ayrılıb.
Versus.Az xəbər verir ki, A.Təvəkküloğlu Azərbaycan Həmkarlar İttifaqları (AHİK) Konfederasiyasında vəzifəyə gətirilib.
A.Təvəkküloğlu AHİK-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, A.Təvəkküloğlu 2006-2020-ci illərdə Milli Məclisin mətbuat katibi vəzifəsində çalışıb.
O, altıncı çağırış Milli Məclis işinə başlayandan sonra həmin vəzifəsindən azad edilib.
A.Təvəkküloğlu bundan sonra parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...