İkinci əl avtomobillərin qiyməti ARTDI

10:48 02-11-2021 | icon 576 | İqtisadiyyat
İkinci əl avtomobillərin qiyməti ARTDI

"Sevindirici haldır ki, vətəndaşlar hibrid avtomobillərə maraq göstərir"

 

“Oktyabr ayında ötən aya nisbətən Azərbaycanda ikinci əl avtomobillərə tələb artıb”.

 

Versus.Az xəbər verir ki, bu barədə açıqlamasında oktyabr ayında ölkənin avtomobil bazarında gedən prosesləri şərh edən nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.

 

Ekspert ötən ayda bazarda yaşanan canlanmadan danışıb:

“Azərbaycanın avtomobil bazarında canlanma hiss olunur. Bu da mövsümlə əlaqədardır. Biz qızmar yayı geri qoymuşuq. Artıq qış fəslinə doğru gedirik və belə olanda şəhərlərdə yaşayan insanların nəqliyyat vasitələrinə tələbatı artır. Odur ki, sentyabra nisbətən oktyabrda avtomobillərə tələb var. Qiymətlər də keçən aya nisbətən cüzi də olsa artıb. Bu artım 2 %-dən çox deyil. Yeni avtomobillərin isə qiymətləri olduğu kimi qalıb”.

 

E.Cəfərovun sözlərinə görə yeni avtomobillərə daim tələbat var:

“Yeni avtomobillərə tələbat azalmayıb. Milli valyutanın stabil qalması və iqtisadiyyatın hazırda dayanıqlı olması imkan verir ki, vətəndaşlar yeni avtomobil ala bilsinlər. Qeyd edim ki, təxminən bu ilin dekabr ayından gələn ilin aprelinə qədər Azərbaycanda yeni komfortlu və təhlükəsiz avtomobillərə tələb daha da artacaq. Çünki iri avtomobil istehsalçıları istehsalı bir qədər azaldacaq. Lakin qiymətlərdə bu ilin sonuna qədər kəskin dəyişiklik gözlənilmir. Gələn ilin əvvəlindən ola bilər ki, qiymətlər yenə 2-3 % civarında artsın. Bu da daşınma qiymətlərinin yüksəlməsi, istehsalın azalması kimi beynəlxalq proseslərlə əlaqədardır”.

 

Ekspert ölkəyə hibrid avtomobillərin də gətirilməsindən danışıb:

“Sevindirici haldır ki, vətəndaşlar hibrid avtomobillərə maraq göstərir. Lakin bəzən ABŞ-dan köhnə, yararsız avtomobilləri daha çox gətirirlər. Yaxşı olardı ki, vətəndaşlarımız yeni, Avropa spesifikasiyalı hibrid avtomobillər alsınlar ki, sonra həmin avtomobillərdə problemlər olanda onun təmiri mümkün olsun. Azərbaycanda bu gün Avropa spesifikasiyalı hibrid avtomobillərin təmiri mümkündür, rəsmi dilerlər bunu edir. Amma ABŞ-dan gətirilən hibrid avtomobillərin təmirində servislər bəzən çətinlik çəkə bilirlər”. /report/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı