Ukrayna barədə dəhşətli PROQNOZ
Müharibənin başlayacağı tarix açıqlandı - yeni dövlət yaranacaq
Ssenari başqadır. 2025-2026-2027-ci illərdə Ukrayna Donbasa hücuma başlayacaq. Donbas isə Mariupola, xüsusilə Ukraynanın mərkəzinə hücuma keçəcək.
Bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.
Onun sözlərinə görə, bu müharibədə almanlar Ukraynanı dəstəkləyəcək:
“O zaman Rusiya ordusu alman və Ukrayna nasistlərinə qarşı ruslara yardıma gələcək. Belə olan halda nüvə silahı tətbiq edilmədən lokal müharibə başlayacaq. Almanlar da Ukraynanın bir hissəsini – Qalisiya, Lvov, Ternopol, İvano-Frankovsk, Lutsku tələb edəcək. Biz də razılıq verəcəyik. Ukraynanın şimal-qərb hissəsi Almaniyanın protektoratı olacaq Qalisiya adlı dövlətə çevriləcək”.
Jirinovskinin sözlərinə görə, birbaşa qarşıdurmalar olmayacaq, almanlar elan edəcək ki, onlar Ukrayna ordusunu öz təminatları altına götürürlər:
“Biz də milis qüvvələrini (Donbasdakı separatçılar nəzərdə tutulur) müdafiəmiz altına alacağıq. Milis qüvvələri Ukrayna ordusundan daha güclü olacaq. Birbaşa hərbi toqquşmalar olmayacaq, almanlara həyatları əzizdir, onlar 45-ci ili xatırlayırlar. Amma münaqişə beynəlxalq səviyyəyə çıxacaq, bir neçə NATO ölkəsi öz qoşunlarını döyüş hazırlığı vəziyyətinə gətirə və Donbasdakı qüvvələrlə toqquşmaya girə bilər. Onlar da Rusiyaya yardım üçün müraciət edəcək. Rusiya da onları qorumaq məcburiyyətindədir, çünki Donbasda milyondan çox Rusiya vətəndaşı yaşayır. Müharibə müvəqqəti olacaq və Ukrayna parçalanacaq. Şimal-qərb torpaqları Qalisiyaya, bütün cənub-şərq hissəsi isə Rusiyanın tərkibinə qatılacaq”. / Axar.az/
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"