FHN-in karate komandası uğur qazanıb

17:51 03-11-2021 | icon 381 | İdman
FHN-in karate komandası uğur qazanıb

28-31 oktyabr 2021-ci il tarixlərində Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında 21-ci respublika çempionatı keçirilib.

 

Turnirdə 30 komandadan 300-ə yaxın idmançı mübarizə aparıb. Yarışda FHN-nin İdman-sağlamlıq klubunun karate komandasının 8 idmançısı mübarizə apararaq yüksək nəticələrə nail olublar. Belə ki, 14-15 yaş kişilər arasında karate komandasının üzvü Nihad Kərimzadə şəxsi kumite yarışlarında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qadınlar arasında isə şəxsi kumite yarışlarında Mədinə Baratzadə 2-ci, Vəsilə Hacıyeva 3-cü yerə layiq görülüb.

 

16-17 yaş qadınlar arasında şəxsi kata yarışlarında Samirə Məmmədova qızıl medal, kişilər arasında isə şəxsi kata yarışlarında Nihad Məmmədzadə gümüş medalın sahibi olub.

 

18-21 yaş kişilər arasında şəxsi kumite və kata yarışlarında Xəyal Məmmədov və şəxsi kumite yarışlarında Kənan Babayev 3-cü, qadınlar arasında isə şəxsi kata yarışları üzrə Samirə Babayeva 2-ci yeri qazanıb.

 

İdmançıların ilk məşqçiləri 1-ci dan qara kəmər sahibi Coşqun Sadıqov, əməkdar məşqçilər və 6-cı dan qara kəmər sahibləri Akif Kərimov və Rafael Məmmədov, hazırkı şəxsi məşqçiləri isə Əməkdar idman ustası, FHN-nin İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayevdir.

 

2 noyabr  2021-ci il tarixində F.Musayev və klubun əməkdaşları çempionatda uğur qazanmış idmançılar və məşqçi müəllimlər ilə görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıblar.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin