Çağırılmamış qonağı görən bəy nikah mərasimindən qaçdı

10:49 04-11-2021 | icon 656 | Maraqlı
Çağırılmamış qonağı görən bəy nikah mərasimindən qaçdı

Toyunda çağırılmamış qonağı görən bəy nikah mərasimindən qaçıb. Bu barədə əhvalatı toy sahibinin bacısı “Reddit”də danışıb.

 

Gözlənilməz qonaq elə bəyin anası olub. Müəllifin sözlərinə görə, valideynləri uzun illər əvvəl boşanıb, sonra isə ayrı-ayrı insanlarla ailə həyatı qurublar.

 

Uşaqlar ataları ilə qalıblar. Onların anaları ilə hər zaman mürəkkəb münasibətləri olub.

 

Məsələn, atalarının ikinci həyat yoldaşı qəzada həlak olan zaman qadın bayram edib, analıqlarının ölümünə ağlayan uşaqlarını isə yaramazlıqda ittiham edib. 

 

Məqalə müəllifinin sözlərinə görə, qardaşının nişanlısı hər zaman anası ilə münasibətləri normallaşdırmağa çağırıb, mütəmadi olaraq bu barədə söhbətlər aparıb.

 

“Toyu planlaşdırarkən, nəyinsə düz getməyəcəyini düşünmürdük. Sonra biz kilsəyə getdik. Anamız, onun həyat yoldaşı və uşaqlarını orada gördüm. Dərhal qardaşıma zəng edib çağırılmamış qonaqlar barədə xəbər verdim”.

 

Bəy bu barədə nişanlısından soruşub və anasının onun tərəfindən çağırıldığını eşidəndə isə öz toyundan qaçıb. O, evinə yollanıb, içəri də heç kimi, o cümlədən nişanlısını və onun qohumlarını buraxmayıb. Bəy nişanlısının bu hərəkətindən sonra özünü xəyanətə uğramış hesab etdiyini deyib.

 

Gəlinin qohumları toy olmayacağı təqdirdə bəyi məhkəməyə verəcəklərini və toya xərclənən pulu tələb edəcəklərini bildiriblər.

 

Ancaq bəyin qohumları və sosial şəbəkə istifadəçiləri bəyin hərəkətini dəstəkləyiblər. Onlar bildiriblər ki, gənc onun fikrini nəzərə almayan və manipulyasiya etmək istəyən qızdan ayrıldığı üçün bəxti gətirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi