İstilər yüzlərlə uçan tülkünü öldürüb

17:40 28-11-2018 | icon 443 | Dünya
İstilər yüzlərlə uçan tülkünü öldürüb

 

Avstraliyada güclü istilər səbəbindən yüzlərlə uçan tülkü ölüb.

 

Versus.Az xəbər verir ki, bir neçə gündür ölkənin şimalında havanın temperaturu 40 dərəcəni ötür ki, bu da uçan tülkülərin kütləvi məhvinə gətirib çıxarıb.

 

Bundan başqa, Kvinslend ştatının Səhiyyə departamentinin nümayəndəsi Riçard Ger deyib ki, heyvanlar anomal hava şəraitinə görə istiqaməti itirir və insanlara dəyirlər.

Uçan siçanlardan - yarasalardan fərqli olaraq, uçan tülkülər əks-səda lokasiyasına malik deyillər.

 

Son 24 saat ərzində iriqanadlıların insanları dişləməsi ilə bağlı bir çox müraciətlər qeydə alınıb.

Yerli KİV-lərdən biri isə bazar günündən indiyədək 3500 uçan tülkünün öldüyünü yazır.

 

Qeyd edək ki, Kvinslend ştatında güclü istilərin səbəb olduğu meşə yanğınları tüğyan edir. Alovlara bürünən sahə artıq 20 min hektara çatıb.

 

Yerli hakimiyyət sakinlərin təhlükəsizliyinə zəmanət verə bilmədiklərini bəyan edib. Bir sıra rayonlarda təxliyənin mümkün olmadığı bildirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur

“Bu, İranın Türk Birliyi qorxusundan irəli gələn məqamlardır”

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Diplomu tanınmayan universitetlərin siyahısı açıqlanacaq

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU