Quyruqlu uşaq doğuldu
Braziliyada tibb dünyasını şoka salan hadisə baş verib.
Belə ki, xəstəxanaya gələn hamilə qadının doğuş vaxtının çatmadığını təyin edən həkimlər ananın həyatını riskə atmamaq üçün körpəni götürməli olublar.
Körpə vaxtından əvvəl doğulub, lakin doğumla bağlı yeganə maraqlı şey bu deyil. Həkimlər körpəni təhvil verəndə görünməmiş vəziyyətlə qarşılaşıblar. Onun arxasında 4 sm enində, 12 sm uzunluğunda quyruq olub.
“Journal of Pediatric Surgery Case Reports” jurnalında dərc olunan hadisə ilə bağlı təfərrüatlar da diqqət çəkib. Buna uyğun olaraq, Braziliyada baş verən doğum bəşər tarixində 40 hadisə arasındadır. Daha əvvəl də bəzi körpələrin bu şəkildə doğulduğu bildirilib.
Jurnalın müəllifləri belə bir doğuşa ilk dəfə 19-cu əsrdə rast gəlindiyi barədə məlumat paylaşıblar. Mütəxəssislər körpələrin ana bətnində quyruq əmələ gəldiyini, lakin bu quyruğun sonradan yoxa çıxdığını bildiriblər.
Vaxtından əvvəl doğulan, quyruğu olan körpə isə əməliyyatdan sonra quyruqdan xilas olub.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"