Şükr edirəm, min kərə Şükr edirəm!

10:00 08-11-2021 | icon 1797 | Köşə
Şükr edirəm, min kərə Şükr edirəm!

200 illik əsarətin tilsimi 44 gündə qırıldı

 

TAHİRƏ QAFARLI

 

Torpaqlarımızı yağı düşməndən azad etdik. 30 ilə yaxın erməni işğalına düz 44 gündə son qoyduq. Azərbaycan oğulları qan tökdü, can verdi, bütün ruhu, sevgisi ilə VƏTƏNƏ qovuşdurdu bizi. Vətənin erməni iblisi tərəfindən alınan ruhunu özünə qaytardı. İndi O bizimlə nəfəs alır, yaşayır...

 

Şükr edirəm, min kərə şükr edirəm!..

 

Qarşında baş əyirəm MÜZƏFFƏR ORDUmun qəhrəman əsgəri, generalı, müzəffər Ali Baş Komandan!

 

Şükr edirəm, min kərə şükr edirəm!

 

Əsrlər boyu tarixin müəyyən dövrlərində erməni cəlladlarının, quldurlarının Azərbaycan torpaqlarında günahsız yerə tökdüyü türkün-azərbaycanlının qanı bu gün alındı.

 

Əsrlər boyu adı gələndə əsməcəyə düşən, körpəsindən belə ürkən, fürsət düşdükcə “türk”- deyib körpələri nizəyə keçirən, diri-diri odda yandıran, xaincəsinə arxadan zərbə endirən, soyqırımlar törədən uşaq, qadın, qoca qatillərinin başından bu 44 gündə elə bir Dəmir Yumruq vuruldu ki, çiling oldu, bir daha ayağa qalxıb üstümüzə gəlməyə cürət eləməz. Türk körpələrini diri-diri yandırmaları, zorlamaları ilə fəxrlə danışan zori balayanların "böyük erməni" mifi sındırıldı.

 

Şükr edirəm, min kərə şükr edirəm!

 

Azərbaycan əsgəri uzun əsrlərdən bəri bağlı qalan Zəfər Yolunun qapısını açdı. 200 illik əsarətin tilsimi məhz bu 44 gündə qırıldı. Əsrlər boyu daim işğal, soyqırım, məğlubiyyət, məhrumiyyət, repressiya, deportasiyaya məruz, hüquqları pozulan millət olmaqdan xilas olduq, o uğursuz tilsimdən çıxıb qələbə, zəfər yoluna qədəm basdıq. Bu Qədəmlərin mübarək, Azərbaycan!

Mənim nəslim də repressiyalara, deportasiyalara, qaçqınlığa məruz qoyulub. Bütövlükdə Azərbaycan o bədbəxt taleyi yaşayıb, ona yaşatdırıblar bu acını. Hər zaman düşünürdüm, bir millət nə qədər zülmə məruz qala bilər, nə qədər haqsızlığa düçar ola bilər?! Və necə olur ki, haqqını qoruması üçün ona heç bir şans, imkan tanınmasın?!

 

Əsrlərlə bu milləti təslimçi, məğlub, ruhu əzgin, sındırılmış vəziyyətdə saxladılar. Elə günə salındıq ki, bu gün 4 bir yanımız öz torpaqlarımızla həmsərhəddir. 4 yanımızdan sərhədlərimizin öz tarixi torpaqlarımızla əhatə olunması nə qədər ağrılı və acı, ruhu sarsıdan bir fakt olduğunu dərk edərək yaşamaq nə deməkdir?! Bu acı tarixi bizlərə kim yaşatdı, onu da bilirik. Bu gün həmin o imperialist qüvvələr yenə də meydanda, əllərində  “bel” hazır dayanıblar. O qüvvələr Azərbaycanı müstəqil və azad görmək istəmirlər və erməni cəlladlarının əlinə silah verib bu milləti qanına susadırlar. Bu millət AZADLIQ deyəndə onu süngü ilə susdurmağa çalışdılar və uzun illər buna nail oldular.  89-cu ildə axırıncı türkü də öz tarixi ana yurdu İrəvandan, Göyçədən ... o süngü ilə qovdular. Zənn etdilər ki, Türkün tarixini sildilər o torpaqlardan. Amma o torpaqlar türkün cismi və ruhudur. Çox da ötən zamanlarda başımıza gətirilən oyunlara, törədilən azərbaycanlıların soyqırımlarından, tarixdə ərazilərimizin alınıb o yerlərdə necə ermənilərə dövlət yaradılmasından və o türk qırğınlarından danışmaq istəmirəm...

 

O tarixi faktları yada saldıqca, özümdən də küsürəm. Amma mənim bir həqiqətim var - atam, anam, babam irəvanlı - Qərbi Azərbaycanlıdır. Onlar da 1905, 1918, 1952-ci illərdə erməni zülmlərinə, qırğınlarına, repressiyalara, deportasiyalara məruz qalıblar. Biz o acı tarixin nəsillərinin hekayələri ilə böyüdük. Sovet İmperiyasının buxovları altında susdurulduq, için-için o acını yaşadıq... Türkün, türk oğlunun güclənməsini, öz elinə sahib çıxmasını o nəsillər gözlədi və bu günün gələcəyinə inandı...

 

Şükr edirəm, min kərə şükr edirəm!

 

2020-ci il sentyabrın 27-də səbri tükənən Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə düşmənə qarşı əks-hücuma keçdi və 44 günün içində erməni və onun mənfur havadarlarına öz yerini göstərdi. Eşq olsun Sənə Azərbaycan Ordusu, Xalqı, Sərkərdəsi!!!

 

Bu 44 günlük zəfərimizdə ötən tarixlərin qaranlıq səhifələrində düşmənin zülmünə düçar olan O qurbanların da ahı alındı. 44 günlük Vətən Müharibəsində qazandığımız bu zəfər, elindən, torpağından, yurdundan qaçqın düşən, 21-ci əsrdə hüquqları pozulan insanlarımızın əyilən qamətini düzəltdi, kişilər başını qaldırdı, qadınlar öz ərləri ilə qürur duydular. Bu zəfər insanlarımızda gələcəyə bir inam, bir ümid yaratdı. Qərbi azərbaycanlılar da bir gün öz torpaqlarına qayıdıb, öz haqqını alacağına inanır. İnanır ki, qədəm qoyduğumuz 44 günlük Zəfər Yolu bizi Zəngəzura, oradan İrəvana, Vedibasara... türkün doğduğu, ayağı yer tutduğu o yerlərə qədər aparacaq. Yetər ki, terk oğlu qayıtsın, ana təbiətin ilahi gücü öz övladlarını bu dəfə başqa cür qarşılayacaq...

 

Şükr edirəm, min kərə şükr edirəm!

 

89-cu ildən başlayan Azadlıq mücadiləsində, bəlkə o tarixi bir qədər də irəli çəkə bilərik, rus tankları, içimizdəki rus başları, o vaxtlar çox işlətdiyimiz "sapı özümüzdən olan baltalar", Mərkəz, Bakıda 20 yanvar qırğını, terrorlar, sərhəd rayonlarında, Xocalıda soyqırımlar törətdi. Bu milləti sarsıtsalar da, ağlatsalar da, sındırmadılar. Evindən, eşiyindən didərgin salınan  vaqonlarda, yataqxanalarda, çadırlarda, aran kəndlərində minbir əziyyətlə yaşayan o ailələrdə oğullar doğuldu. O oğullar ki, laylası Vətən Harayı, ayaqları yer tutub, dili söz tutanda isə sevdiyi mahnı "Əsgər marşı" oldu. O marşın sədaları ilə yetişən oğulların dərdi, anaların, nənələrin göz yaşı ilə sulanıb böyüdü.  “Mən gedib Qarabağı işğaldan azad edəcəm, ağlama ana, ağlama baba” deyən Qarabağı bir dəfə də olsun görməyən oğullar, o ruhla böyüdü və verdiyi sözə əməl etdi.

 

Şükr edirəm, min kərə şükr edirəm!

 

Müharibə başlayanda doğulan o oğullar ata-babalarının qisasını almaq, analarının göz yaşlarını silmək üçün bir əsgər, döyüşçü kimi böyüdü. Bu müharibədə bir general əsgər, bir əsgər general kimi döyüşdü. Xalq, ordu, dövlət başçısı, Ali Baş Komandan vəhdəti, birliyi böyük gücə, Dəmir Yumruğa çevrildi. Düşmənin başı bu güclə əzildi. Ona havadarlıq edənlər qınına çəkildi. Çünki 300 illik tarixdə hələ türkün gücü bu qədər artmamışdı. Türkün gücü birliyindədir. Bunu bilən düşmənlər bizi məğlub etmək üçün birinci növbədə o birliyi dağıtmaq istəyəcək və şübhəsiz ki, buna çalışırlar. Lakin əbəsdir. Artıq zaman dəyişib və Azərbaycan regiona moderatorluq edir...

 

Şükr edirəm, min kərə şükr edirəm!

 

Tarix, zaman, şərtlər bu dəfə qardaş Türkiyə dövləti, Azərbaycanın, türkə dost olanların xeyrinə işləyir. Azərbaycan Ordusu uzun əsrlərdən sonra ilk dəfə tarix yazdı - Zəfər tarixi. 8 noyabr - Zəfər Günü o böyük tarixin başlanğıcıdır.

 

Şükr edirəm, min kərə şükr edirəm!

 

Bir gözü ağlayan bu millətin artıq bir gözü gülməyə başlayıb. Ləyaqəti, şərəfi, qüruru özünə qayıdıb. Buna görə sizə borcluyuq, Azərbaycan əsgəri, Ali Baş Komandan, Azərbaycan Şəhidləri, Qaziləri.

 

Sənin yenidən doğulan ruhuna qurban olum, ay Vətən. Sənin Mübariz, Polad kimi qəhrəman oğullarının ruhu var bu torpaqda. Onlar var olduqca səni heç bir qüvvə sındıra bilməz! Bu gün Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın azaddır, Qarabağ azaddır! Lakin müharbəmiz bitməyib. 44 günlük Zəfər Günü, növbəti qələbələrimiz üçün bir açar, bir yoldur. Xankəndiyə, Xocalıya gedən yol. İrəvana gedən yol...

 

Şükr edirəm, min kərə şükr edirəm!

 

Azərbaycan torpağı, sən azadsan! Azərbaycan xalqı, sən qalibsən! Zəfər Günün mübarək!

Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan!

Şəhidliyin Mübarək! Ruhun sevinsin, Ana Torpaq!

 

Şükr edirəm, min kərə şükr edirəm!

 

Bu gün Zirvələrində dalğalanan Üçrəngli gözəl üzlü Bayrağım, mübarəksən! Qələbədən, Zəfərdən şövqlənən, bərq vuran Şanlı Bayrağım, Zəfərli günün mübarək! İgid oğullarının canı, qanı ilə qoruyub, Vətənin ən yüksək qayasına sancdığı Bayrağım, Mübarəksən!

 

Özü Şəhid olub, sinəsində tutduğu Bayrağı var edən, dağlarında, bağlarında ucaldan oğullar durduqca, sən də varsan!

 

Yaşa, Yaşa, Min Yaşa, ey şanlı Azərbaycan!

 

Zirvələrdə dalğalanan üçrəngli gözəl üzlü Bayrağın mübarək! Qələbədən, zəfərdən şövqlənən, bərq vuran şanlı bayrağım, Zəfərli günün mübarək!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI