“Windows”da bir sıra vacib funksiyalar yoxa çıxıb

08:40 09-11-2021 | icon 384 | Maraqlı
“Windows”da bir sıra vacib funksiyalar yoxa çıxıb

Bəzi “Windows 11” istifadəçiləri “Qayçı” (“Snipping tool”) tətbiqinin itməsindən şikayətləniblər.

 

Ekran görüntüləri yaratmaq üçün nəzərdə tutulmuş proqram “Microsoft”un hazırkı əməliyyat sistemi ilə işləyən bir sıra kompüterlərdə yoxa çıxıb.

 

 

Bir çox istifadəçilərin sözlərinə görə, onlarda “Qayçı” ilə yanaşı, sensor klaviaturası və bir sıra emojilər də yoxa çıxıb.

 

Mütəxəssislərin sözlərinə görə, əməliyyat sisteminin funksiyaları müddəti bitmiş sertifikat səbəbindən işləməyi dayandırıb (Onun müddəti oktyabrın 31-də başa çatıb).

 

“Microsoft” artıq problemə cavab verib. Şirkət “Windows Update” vasitəsilə quraşdırıla bilən “KB4006746” patçı (“patch”) barədə bəyan ediblər.

 

Bununla belə, “Windows”un lisenziyalı nüsxələrinin bəzi sahibləri patçı quraşdıra bilməyib. Belə olan halda istifadəçilərə cihazdakı sistem tarixini müvəqqəti olaraq oktyabrın 30-a dəyişmək və ya ekran görüntülərini yaratmaq üçün “Print Screen” funksiyasından istifadə etmək təklif olunub.

 

Xatırladaq ki, bu əməliyyat sistemində ilk səhv deyil. Noyabrın əvvəlində “Windows 11”də, əməliyyat sistemində minlərlə boş qovluğun görünməsinə səbəb olan səhv aşkar edilib. Bəzi “Windows 10” istifadəçilərinin də boş kataloqları yaranıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI