“Keşlə” klubunun adı dəyişdirilir

12:29 10-11-2021 | icon 519 | İdman
“Keşlə” klubunun adı dəyişdirilir

Şamaxı şəhər stadionunun istismarı ilə əlaqədar AFFA və “Keşlə” klubu arasında müzakirə aparılıb.

 

Milli assosiasiyadan verilən məlumata görə, bölgələrdə futbolun inkişafına dəstək, stadionun səmərəli və müntəzəm istismarı, azarkeş marağının artırılması məqsədilə “Keşlə”yə “Şamaxı” adı altında eyniadlı şəhəri təmsil etməsi təklif olunub.

 

Bununla əlaqədar klubun Müşahidə Şurasının iclası keçirilib və AFFA-nın təklifi müzakirə olunaraq müsbət dəyərləndirilib. Məsələ ilə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə “Keşlə”nin adının dəyişdirilərək “Şamaxı” futbol klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb.

 

“Şamaxı” FK-nın “Keşlə” Futbol Klubunun hüquqi varisi hesab olunması üçün AFFA və “Keşlə” FK tərəfindən müvafiq qaydada UEFA-ya müraciət olunacaq və yalnız bu məsələ müsbət həllini tapdıqdan sonra müvafiq dəyişikliklər həyata keçiriləcək. “Keşlə”nin aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək.

 

Qeyd edək ki, 2 200 azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA ilə AFFA-nın maliyyə dəstəyi əsasında inşa edilib. Stadion UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq. UEFA klub yarışlarının I, II və III təsnifat mərhələsinin, eyni zamanda, A milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər. Stadionun 2021-ci il noyabrın 1-də keçirilən açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür