Təhlükəli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

13:41 10-11-2021 | icon 811 | Gündəm
Təhlükəli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Temperatur 10 dərəcə aşağı enəcək

 

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u günün ikinci yarısından 12-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun təhlükəli hidrometeoroloji hadisə haqqında yaydığı xəbərdarlıqda bildirilib.

 

Qeyd olunub ki, noyabrın 10-u axşamdan 11-i gündüzədək bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi 18-23 m/s, arabir 27-32 m/s, noyabrın 10-da axşam, 11-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək güclənəcək.

 

Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən noyabrın 11-də 5-10 dərəcə aşağı enəcəyi, 9 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u axşam şimal və qərb rayonlarından başlayaraq noyabrın 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

 

Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək güclənəcək.

 

Havanın temperaturu noyabrın 11-də ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

 

Bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol