Salome Zurabişvili dekabrın 16-da and içəcək

10:00 29-11-2018 | icon 369 | Dünya
Salome Zurabişvili dekabrın 16-da and içəcək

 

Gürcüstan Mərkəzi Seçki Komissiyası noyabrın 28-də keçirilmiş prezident seçkilərinin ikinci turundan sonra bülletenlərin 98,76 faizinin nəticələrini açıqlayıb.

 

Versus.Az “Novosti Qruziya” agentliyinə istinadən xəbər verir ki, 3705 məntəqədən 3659-nun nəticələri artıq bəllidir.

 

İlkin rəsmi məlumatlara əsasən seçki dairələrinin böyük əksəriyyətində hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili qalib gəlib.

 

Rəsmi məlumata görə, Salome Zurabişvili 59,61 faiz səs toplayıb. Onun lehinə 1 milyon 143 min 111 nəfər səs verib.

 

Müxalif “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze isə 40,39 faiz səs toplayıb. Onu 774 min 468 seçici dəstəkləyib.

 

Artıq S.Zurabişvili  və tərəfdarları qələbəni qeyd ediblər. Beləliklə, Gürcüstanda ilk dəfə qadın president seçilib.

Konstitusiyaya uyğun olaraq S.Zurabişvilinin andiçmə mərasimi dekabrın 16-da olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin