Bella Hadidin göz yaşları
Dünyaca məşhur top model Bella Hadid sosial media paylaşımı ilə diqqət çəkib.
25 yaşlı məşhur model son bir neçə ildə demək olar ki, “hər gün” və “hər gecə” ağladığını “Instagram” hesabından açıqlayıb.
O, dostu Villou Smitin problemlərindən bəhs etdiyi videonu paylaşaraq öz həyatı ilə əlaqədar fikirlərini izah edib:
“Bütün insanlar fərqlidir, hər bir insanın təklif edə biləcəyi xüsusi və unikal bir şey var. Və insanlar unudurlar ki, hər kəs əsasən eyni hisslər keçirir: özünü itirmiş, çaşqın, niyə burada olduqlarına əmin deyillər. Bu narahatlığı hamı hiss edir və onu bir şəkildə ört-basdır etməyə çalışırlar.
Qüsurlarımızda bir araya gələcəyik. Güvənsizliyimizdə, sevincimizdə, xoşbəxtliyimizdə hər şeyi gözəl və təbii olaraq qəbul edin. Bu, divarları yıxacaq və hər kəsə “Xeyr, mən sizi, ağrınızı və sevincinizi başa düşürəm” deməyə vadar edəcək. Biz yaxşı olacağıq”.
Sosial media real deyil. Mübarizə edən hər kəs bunu yadda saxlasın. Bəzən eşitməli olduğunuz tək şey “yalnız deyilsiniz”dir”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"