"Park Cinema"-dan ad günü HƏDİYYƏSİ

13:25 11-11-2021 | icon 580 | Film
"Park Cinema"-dan ad günü HƏDİYYƏSİ

 1 bilet alın və 1-ni pulsuz əldə edin

 

Adətən ad günü zamanı hədiyyələri qəbul edirlər, lakin "Park Cinema" şəbəkəsi qonaqlarına özü hədiyyə etmək qərarına gəlib.

 

Versus.Az xəbərverir ki, bu gün istənilən "Park Cinema"-nın kassasından 1 bilet alan hər bir tamaşaçıya bir bilet hədiyyə olunacaq.

 

Aksiya bir gün müddətində keçərlidir və diqqətəlayiq odur ki, o, kino premyeraları üçün ənənəvi gün olan cümə axşamı günü keçiriləcək.

 

Belə ki, bu gün "Park Cinema" repertuarında müxtəlif janrlarda və ən müxtəlif zövqlərə uyğun filmlər var.

Bu, Marvel-dən yeni mərhələnin başlanğıcı - "Əbədilər"in və Ridli Skottun daha bir şah əsərinin - "Sonuncu duel"in və "Fulya" sənədli filminin və bu gün eyni anda dörd premyera baş tutacaq – “Addamslar Ailəsi", Ues Andersonun "Fransız Carçısı", “Sohoda keçən gecə” və Türkiyə istehsalı olan “Zoraki Misafir” komediyası. “1+1” aksiyası istənilən formatda, istənilən zalda və günün istənilən vaxtı filmlərə şamil edilir.

 

Xatırladaq ki, "Park Cinema" şəbəkəsində dörd kinoteatr fəaliyyət göstərir - "Park Cinema Flame Towers", "Park Cinema Park Bulvar", "Park Cinema Metropark və Park Cinema Zaqulba Mall".

 

"Park Cinema" Azərbaycanda İMAX zalı olan yeganə kinoteatrlar şəbəkəsidir.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI