“Saakaşvilinin radikallığı və çılğınlığı Qərbin özünə də sərf etmir”

10:23 29-11-2018 | icon 245 | Geopolitika
“Saakaşvilinin radikallığı və çılğınlığı Qərbin özünə də sərf etmir”

 

İlqar Altay: “Qərb Rusiya ilə mübarizə və rəqabətini total aparmaq taktikasından uzaqdır”

 

 

Cənubi Qafqaz regionunun geopolitik mənzərəsi Gürcüstanda keçirilən prezident seçkiləri və onun ətrafında cərəyan edən mübahisəli məqamlarla diqqət çəkir. Seçkidə Qərbin, yaxud Rusiyanın dəstəklədiyi namizədlərdən kimin üstünlük qazanacağı “hansı gücün regiona daha çox təsir etmə” şkalası ilə ölçülür. Nəticə Rusiyanın namizədinin qələbəsinə inanmayanların yanılması ilə sonuclanmaqla, Qərbin Gürcüstanla bağlı siyasətində qeyri-səmimi yanaşması kimi mübahisələri ortaya çıxarıb. Gürcüstanla bağlı Qərbə inananlar nədə yanıdılar?

 

Versus.Az Gürcüstan seçkiləri ilə bağlı politoloq İlqar Altayın təhlillərini təqdim edir.

Siyasi araşdırmaçı İlqar Altay bildirib ki, seçkilərin son nəticəsinin nə olması, xalqın Mixail Saakaşvilinin sözü ilə küçələrə çıxıb, hakimiyyəti yenidən seçki keçirilməsinə vadar etməsindən (hərgah ki, bu güman edilmir) asılı olmayaraq, Qərb Rusiya ilə mübarizə və rəqabətini total, yəni hər zaman, hər yerdə, hər sahədə aparmaq taktikasından uzaqdır:

 

“Qərb Rusiyanı onunla qonşu olan bir ölkə tərəfindən sancmaq istəmir. Bu rəqabətdə mülayim, birbaşa konfliktsiz siyasi, diplomatik, iqtisadi, ictimai metodlara üstünlük verir. Necə ki, sakit, sülhlə Ermənistanı götürdü və necə ki, 2014-də Ukraynanı kəskin addımlarla götürməklə, Rusiya ilə Krım, Donbass kimi kəskin, böyük konfliktlər və problemlərin yaranışına peşiman oldu”.

 

 

İ.Altayın qənaətinə görə, görünən odur ki, Qərb Gürcüstanda Saakaşvilinin, onun dəstəklədiyi şəxsin hakimiyyətə gəlməsinin elə də tərəfdarı deyil. Çünki Rusiya ilə istənilən an münaqişə və müharibə yaradan M.Saakaşvilinin radikallığı və çılğınlığı Qərbin özünə də sərf etmir:

 

“Bundan əvvəl də gördük ki, Qərb Ukraynada Saakaşvilini dəstəkləyib, onun toxunulmazlığını təmin edib, xeyli ümidləndirib ortaya atmasına baxmayaraq, bunu onun qələbəsi səviyyəsində etmədi. Son anda, onu həbs edəndə Poroşenkoya təzyiq etmədi. Sadəcə həbsdən çıxıb, Hollandiyaya deportasiyasını təmin etdi. Bunlar onu göstərir ki, Qərbə Saakavili və onun kimi mübarizə sevənlər, qələbə yox, sadəcə həmin ölkədə mübarizə üçün, ona uygun olmayan hakimiyyəti və oradan da dolayısı ilə Rusiyanı dalayıb gərginlikdə saxlamaq üçün lazımdır. Və yeri gələndə də bir tərəfdən həmin hakimiyyətlə isti münasibətlərini qurur, digər tərəfdən isə həmin müxalif qüvvəni azdan-çoxdan dəstəkləyir. Nəticədə həmin müxalif qüvvəni sanki sonu görünməyən yolda mübarizə vəzifəsi verməklə, illərlə gərgin nəticəsiz yaşadır. Çünki müşahidəmiz də onu göstərir ki, Qərb siyasətə də ticarət kimi rasional nəzərdən sərflə, öz maraqları tərəfdən baxır. Bütün bunlar onu göstərir ki, böyük siyasətlə məşğul olan şəxslər, təşkilatlar, ölkələr hər hansı qütblə münasibətdə son dərəcə həssas olub, tam arxayın olmayıb, hər zaman öz maraq və taleyini düşünüb öndə tutmalıdır. Çünki böyük siyasi qütblərin böyük də özəl maraqları var".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd - HAFİZ HACIYEV

“Səs ala bilməyəcəklərini rəqiblərim də bilir” - MÜSAHİBƏ

ƏLİSAHİB HÜSEYNOV başladı!

ELMAN ELDAROĞLUNUN "NEYTRAL MÖVQE"Yİ

32 saylı Suraxanı seçki dairəsindən namizəd - EHTİRAM MEHTİYEV

MAHİR ABBASZADƏ seçicilərlə görüşlərə Sumqayıtdan start verdi

Razi Nurullayevin seçki PLATFORMASI

10 saylı Binəqədi seçki dairəsindən namizəd - KÖNÜL İSMAYILOVA

49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən namizəd - NƏSİMİ PAŞAYEV

121 saylı Laçın seçki dairəsindən namizəd - MAHİR ABBASZADƏ

23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd - TALEH ŞAHSUVAROV

Azərbaycanlı bloqer sərvətini nümayiş etdirdi - VİDEO

FUAD ƏLİYEV təşviqat kampaniyasına start verdi

İslahatlara könüllü hə – deyin ki, hər şey könlünüzcə olsun!..