Komitə sədrindən kultroloqa yubiley təbriki
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Mədəniyyət Komitəsində "SİMURQ" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, görkəmli kulturoloq Prof.Dr. Fuad Məmmədovla görüşüb.
Versus.Az xəbər verir ki, Qənirə Paşayeva gorkəmli alimi 75 illik yubileyi münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb:
"Hörmətli Fuad müəllim, Sizi - respublikamızda kulturologiya elminin yaradıcısı kimi tanınan görkəmli elm və ictimai xadimi, tarix elmləri doktoru və Dövlət İdarəçilik Akademiyasının professorunu 75 illik yubileyiniz münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm! Siz dünya mədəniyyəti və sivilizasiyası məsələləri üzrə ölkə xaricində də tanınan, ölkəmizi beynəlxalq elmi simpoziumlarda, nəşrlərdə ləyaqətlə təmsil edən alimsiz. Sizin tələbələriniz, yetişdirdiyiniz mütəxəssislər açdığınız cığırla irəliləyərək, tarix, kulturologiya elmimizdə, vətəndaş cəmiyyəti quruculuğunda öz töhfələri ilə seçiliməkdədir. Milli və beynəlxalq idarəetmə mədəniyyəti, insanın həyatfəaliyyəti mədəniyyəti, dünya mədəniyyəti və sivilizasiyasının tarixi Sizin əsas tədqiqat obyektlərinizdir. Siz mədəniyyət, elm tarixi və nəzəriyyəsindən 200-dən artıq elmi və elmi-maarif işlərinin, Azərbaycan cəmiyyətinin çağdaşlaşması və sosial tərəqqisinə yönəlmiş müddəaların, layihələrin müəllifi, tərtibatçısısız. Çox şadıq ki, bu ilki yubileyiniz Qarabağda işğal mədəniyyətsizliyinə son verib, quruculuq-abadlıq mədəniyyətinə başlamağımızla eyni dövrə təvafüq edir. Sizi, Milli Məclisin Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, möhkəm can sağlığ, elmi, ictimai fəaliyyətinizdə yeni uğurlar diləyirəm"!
Q.Paşayeva yubilyara Xalq rəssamı Arif Hüseynovun etnoqrafik məzmunlu əsərini bağışlayıb. F.Məmmədov səmimi qəbul və təbrik üçün Komitə sədrinə təşəkkür edib.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"