Bahalaşmanın SƏBƏBLƏRİ

16:16 11-11-2021 | icon 525 | İqtisadiyyat
Bahalaşmanın SƏBƏBLƏRİ

Maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında Azərbaycanda elektrik enerjisinin, təbii qaz tariflərinin və bəzi məhsulların bahalaşmasından danışıb. 

 

Versus.Az xəbər verir ki, Samir Şərifov deyib ki, dünyada qiymətlərin dəyişməməsinə heç kim zəmanət verə bilməz. 

 

“Bilirsiniz ki, Azərbaycana bəzi məhsullar xaricdən gətirilir. Bunların qiymətinə Azərbaycan hökuməti hansısa formada təsir edə bilirmi? Xeyr! Azərbaycanda kommunal sahəyə aid olan idxal məhsulları var. Bu isə istər-istəməz maya dəyərinin formalaşmasına təsir edir. Maya dəyəri bahalaşırsa, məhsulu satan şirkət də bunu satdığı məhsulun qiymətində əks etdirir”, - deyə nazir əlavə edib. 

 

Samir Şərifov dünya bazarlarında neftin qiymətinin bahalaşması fonunda Azərbaycandakı bahalaşmanın səbəblərini də izah edib: 

“İlkin mərhələdə neftin qiyməti aşağı səviyyədə tutulmuşdu. Ona görə də neft ucuzlaşanda biz tarifləri aşağı salmırdıq. Hazırda bizdəki qiymətlər dünyadakı qiymətlərdən kifayət qədər aşağıdır. Təbii qazın qiyməti baxın görün ki, dünyada hansı səviyyədədir, bizdə hansı səviyyədə”. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı