“Gürcüstanda seçki mübarzəsi dünənki səsvermə ilə yekunlaşmayacaq”

11:45 29-11-2018 | icon 743 | Geopolitika
“Gürcüstanda seçki mübarzəsi dünənki səsvermə ilə yekunlaşmayacaq”

 

Əlabbas Məhərrəmli: “Seçkilərin ilkin nəticələri Qərbin Gürcüstana və ölkənin müxalifətinə münasibətinin dəyişdiyini söyləməyə əsas vermir”

 

 

“Rusiya heç kəsə heç nəyi diqtə etmədi və edəcək durumda da deyil. Məncə, Zurabişvilinin qazandığı səslərdə onun reytinqindən çox hökumətin administrativ resurslarının və İvanişvilinin pullarının böyük rolu olub”.

 

Bunu Versus.Az-a siyasi ekspert Əlabbas Məhərrəmli Gürcüstanda keçirilən prezident seçkiləri ilə bağlı nəticənin Qərb, yaxud Rusiya arasında gedən mübarizə fonunda önə çıxarılması ilə bağlı səslənən ehtimallara aydınlıq gətirərkən bildirib.

 

Ekspert Saakaşvili komandasının qalib olacağını düşünənlərin yanılması ilə bağlı maraqlı nüanslara toxunub:

 

“Əslində, yanılma demək doğru olmazdı. Seçkilərin birinci turunda üç əsas namizədin topladığı səslər Qriqol Vaşadzenin ikinci turda qalib gələcəyinə zəmin yaradırdı. Mən burada Mixail Saakaşvili düşərgəsinə mənsub olan David Bakradzenin elektoratının ikinci turda Vaşadzeyə səs vermək ehtimalının yüksəkliyini nəzərdə tuturam. Ancaq seçkilərin ilkin nəticələrinin açıqlanması hakimiyyət namizədinin irəlidə olduğunu göstərir. Açığı, müxalifət hələ səsvermənin davam etdiyi saatlarda belə hökumətin ciddi qanun pozuntularına yol verdiyini bildirirdi. Ona görə də fikrimcə, Gürcüstanda seçki mübarzəsi dünənki səsvermə ilə yekunlaşmayacaq”.

 

Bu seçkinin Qərbin Gürcüstanla bağlı hansı məqamlara aydınlıq gətirildiyinə gəlincə, ekspert Qərbin müxalifəti dəstəkləməsinin aydın məsələ olduğunu önə çəkib:

 

“Aydın məsələdir ki, Qərb Gürcüstan müxalifətini dəstəkləyir. Ancaq seçkilərin ilkin nəticələri Qərbin Gürcüstana və ölkənin müxalifətinə münasibətinin dəyişdiyini söyləməyə əsas vermir. Dediyim kimi, mübarizə yaxın müddətdə səngiməyəcək".

 

O ki, qaldı belə bir nəticə ilə Rusiyanın region və Qərbə nə isə diqtə etməsinə, Ə.Məhərrəmli bildirib ki, Rusiya heç kəsə heç nəyi diqtə etmədi və edəcək durumda da deyil:

 

“Sözsüz ki, Saakaşvilinin lideri olduğu müxalifətin Gürcüstanda hakimiyyətə gəlməsi Rusiyanın marağında deyil. Ancaq Rusiyanın seçkilərə birbaşa müdaxiləsi də düşünülən səviyyədə deyil. Məncə, Zurabişvilinin qazandığı səslərdə onun reytinqindən çox hökumətin administrativ resurslarının və İvanişvilinin pullarının böyük rolu olub”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı