Milyonlarla avro təzminat alan məşqçilər

10:53 12-11-2021 | icon 374 | İdman
Milyonlarla avro təzminat alan məşqçilər

Dünya futbolunda məşqçilərin qovulmasından sonra ödənilən təzminatlarla bağlı reytinq hazırlanıb.

 

Reytinqin 10-cu pilləsində “Barselona”nın keçmiş baş məşqçisi Ronald Kuman yer alıb. Onun qovulması “Barsa”ya 11,7 milyon avroya başa gəlib.

 

Reytinqin lideri isə Antonio Konte olub. O, 2018-ci ildə “Çelsi”dən qovulduqdan sonra 30,6 milyon avro təzminat alıb. İtaliyanın ardınca siyahıda iki dəfə Joze Mourinyunun adı qeyd olunur. Portuqaliyalı mütəxəssis 2018-ci il “Mançester Yunayted”dən 22,9 milyon avro, 2007-ci ildə “Çelsi”dən 21 milyon avro təzminat əldə edib.

 

Dördüncü pillədəki Loran Blanla PSJ yollarını ayırmaq üçün 2016-cı ildə 19,8 milyon avro ödəyib. İlk beşliyi Skolari tamamlayıb. Braziliyalı məşqçi “Çelsi”dən qovulmasına görə 15,9 milyon avro qazanıb.

 

Altıncı pillədəki Fabio Kapello Rusiya millisinindən qovulduqdan sonra Federasiya ona 15,6 milyon avro ödəyib.  Növbəti pillədə Maurisio Poçettino yer alır. O, 2019-cu ildə “Tottenhem”dən 14,6 milyon avro alıb.

 

İlk onluqda qərarlaşan Andre Villaş-Boaş 2012-ci ildə “Çelsi”dən qovulduğu üçün 14 milyon, Roberto di Matteo isə eyni klubdan 12,5 milyon avro vəsaiti təzminat olaraq əldə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin