Xalçalarımız xarici diplomatları heyran edib

12:03 29-11-2018 | icon 482 | Mədəniyyət
Xalçalarımız xarici diplomatları heyran edib

 

Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərləri, onların xanımları Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə cənub bölgəsinə səfər ediblər. Lənkəran şəhərinə səfər çərçivəsində qonaqlar “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə də tanış olublar.

 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən Versus.Az-a verilən məlumata görə, filialın direktoru Nargilə Qənbərova məlumat verib ki, bu xalça istehsalı emalatxanası “Azərxalça”nın hazırda fəaliyyət göstərən 11 filialından biridir. Filial binası bu il oktyabrın 15-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.

 

Dövlət başçısının 2018-ci il 17 mart tarixli Sərəncamı ilə Lənkəranda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması üçün 2 milyon manat vəsait ayrılmışdı. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 199-cu kilometrliyində yerləşən filialın inşasına bu ilin əvvəlində başlanılıb və tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb. Bina toxuculuq emalatxanası, inzibati otaq, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunur. Əsasən Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük verilir.

 

Bildirilib ki, müəssisədə çalışan toxucular rayonun Kənarmeşə, Girdəni, Kərgəlan, Havzova kəndlərinin və Lənkəran şəhərinin sakinləridir. Onlar “Azərxalça”nın burada təşkil olunmuş tədris-hazırlıq kurslarına cəlb edilib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.

 

Qeyd olunub ki, qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, artıq filialda 20-ə yaxın xalça kəsilib. Dövlət başçısının böyük uzaqgörənliklə yaratdığı Lənkəran xalça istehsalı emalatxanası bu bölgədə xalçaçılıq ənənələrinin yaşadılmasına və inkişafına öz töhfəsini verir.

 

Diplomatlar burada toxunan xalçalara heyran olduqlarını bildiriblər, onların keyfiyyəti və qiymətləri ilə maraqlanıblar.

Sonra qonaqlar hazır xalçanın kəsilməsi prosesini izləyiblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI