Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir

12:08 29-11-2018 | icon 548 | Təhsil
Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir.

 

İdarədən Versus.Az-a verilən məlumata görə, məktəblərin pedaqoji kollektivi, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və valideynlərin iştirak etdiyi tədbirlərdə məktəblilər görkəmli alim Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı əsasında hazırlanmış tamaşaları səhnələşdirirlər.

 

Tədbirlərdə çıxış edənlər görkəmli yazıçı Mir Cəlal Paşayevin Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafındakı misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, böyük alim və pedaqoq Mir Cəlal Paşayev Azərbaycan ədəbi-bədii fikrində və elmində özünəməxsus yeri olan böyük şəxsiyyətdir.

 

Həyatını elmin və ədəbiyyatımızın inkişafina sərf edən böyük şəxsiyyətin xeyirxah əməlləri ilə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı bir daha diqqətə çatdırılır.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində əsərin müxtəlif parçalarından ibarət səhnələr nümayiş olunduqdan sonra hazır tamaşalar əsasında final tədbirin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin