Vətəndaşların DİQQƏTİNƏ
Bu gün saat 11:00-dan “Qaz İxrac” İdarəsinə məxsus “Masazır” QPS-də yaranmış sızmanın aradan qaldırılması məqsədilə işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB məlumat yayıb.
Bildirilir ki, qaz təchizatı dayandırılan müddətdə Abşeron rayonu, Masazır kəndində və kəndin yeni yaşayış massivində, həmçinin qeyd olunan ərazidə yerləşən bir çox sənaye müəssisələrinin qaz təchizatında fasilə yaranacaq.
Təmir işlərinin təxminən bir saat ərzində yekunlaşdırılması planlaşdırılır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"