“Qızılbarmaq Fatma” - KİTAB TƏQDİMATI
Hər ömür bir romandır... Bir neçə kiçik hissəsi sosial şəbəkədə yayıldığından, “Qızılbarmaq Fatma” adlı roman oxucuların çox böyük marağına səbəb olub.
Versus.Az xəbər verir ki, noyabrın 14 də “Azərkitab” kitab təbliğatı mərkəzimdə tanınmış telejurnalist, şərqşünas İlqar Əlfioğlunun “Qızılbarmaq Fatma” adlı kitabının təqdimatı və imza günü baş tutub.
Bu özəl gündə jurnalistın yaxın dostları, kolleqa və tələbələri onun yanında oldu. Kitab oxucunu 50-70-ci illərin kriminal aləminə aparararaq, tarixin dolanbaclarında gəzdirib əsl sərgüzəştlər yaşadır.
Müəllifin fikirlərindən:
“Bu kitab artıq həyatda olmayan zavallı bir qadına, həm də unudulmaqda olan Köhnə Bakıya nisqilli epitafiyadır. İnsan həyat yolunu özü seçir. Bu seçim bəzən könüllü, bəzən isə, təəssüf ki, məcburi olur, çünki həyat çox vaxt insanın qarşısına çox vaxt elə şərtlər qoyur ki, onlardan aşıb, yolun hamarını seçmək çox çətin, bəzən hətta qeyri-mümkün olur. Roman sənədli mənbələr əsasında yazılıb. Ümid edirəm ki, bizim Fatmanın başına gələnlər zəmanədən asılı olmayaraq, kimlər üçünsə ibrət məktəbinə çevrilə bilər”...
Ayəndə dadaşova
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"