"Bunlar “tənha terrorçu”lardır”

12:30 15-11-2021 | icon 686 | Müharibə
"Bunlar “tənha terrorçu”lardır”

Serqey Strokan: “Erməni terrorçu Azərbaycanda mühakimə olunmalıdır”

 

“Ermənistanda elə insanlar var ki, ötən ilin payızında baş verənləri qəbul edə və üçtərəfli bəyanatın imzalanmasından sonra yeni reallıqlarla barışa bilmirlər”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında tanınmış rusiyalı siyasi icmalçı Serqey Strokan bildirib.

 

Onun sözlərinə görə, belə insanlar “qırmızı xətt”i keçərək ekstremist, terror hərəkətlərinə əl atmağa hazırdırlar:

 

“Belə insanlar olacaq, çünki onların şəxsiyyətini müəyyənləşdirmək olduqca çətindir. Bunlar “tənha terrorçu”lardır”.

 

Bununla belə, ekspert Ermənistan əhalisinin əksəriyyətinin sülh tərəfdarı olması və müharibə istəməməsini (hansı ki, cari ilin iyununda Ermənistan parlamentinə keçirilən seçkilər göstərdi) vacib amil adlandırıb.

 

Qeyd edək ki, rusiyalı ekspert artıq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib, gələn həftə isə ekspertlər qrupu ilə yenidən ölkəmizə gələcək. Müsahib bir neçə gün öncə Şuşa şəhəri yaxınlığında blokposta Azərbaycan hərbçilərinin yaralanması ilə nəticələnən hücumla və terrorçunun harada mühakimə olunması ilə bağlı fikirlərini bölüşüb.

 

“Mən hüquqşünas deyiləm, amma cinayət törətmiş şəxsə qanunsuz əməlin törədildiyi ölkənin ərazisində hökm vermək lazımdır. Baş verənləri siyasiləşdirmək lazım deyil. Biz ağır cinayət, terror aktından danışırıq. Terrorçular ciddi şəkildə cəzalandırılmalıdır”, - deyə o izah edib.

 

Yeri gəlmişkən, elə Daşaltı yaxınlığında posta hücum baş verən gün Şuşa şəhərinə gələn rusiyalı ekspertlər bildirmişdilər ki, Laçın dəhlizi ilə hərəkət edərkən nəzarətin təmin edilməsində Azərbaycan iştirak edə bilməlidir və ya ən azından Ermənistan vətəndaşlarının giriş-çıxışı ilə bağlı məlumatlar Azərbaycan tərəfinə ötürülməlidir. 

 

“Baş verən insident cari mexanizmin incə düzəlişlərə ehtiyacı olduğuna işarə idi”, - deyən Serqey Strokan sözlərini yekunlaşdırıb. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol